Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:54

Musəvinin bir sözü Markesin əsərini populyarlaşdırdı


Mirhüseyn Musəvi
Mirhüseyn Musəvi
Feyziyyə Hacıyeva


“Əgər mənim vəziyyətimi anlamaq istəyirsinizsə, Qabriel Qarsia Markesin “Adam oğurluğu haqda xəbər” əsərini oxuyun!”

İranda 6 aydan çoxdur ki, həyat yoldaşı ilə birgə ev dustağı edilən müxalifət lideri Mirhüseyn Musəvi bu sözləri deyəndən sonra İranda Markesin sözügedən əsəri birdən-birə populyarlaşıb.

Musəvinin, həmin sözləri bu yaxında qızları ilə görüşü zamanı dediyi bildirilir.

Sitatı müxalifətyönlü saytlardan biri dərc edib.

Musəviyə yaxın saytlar və bloqlar dərhal əsərin farscaya tərcüməsinin elektron versiyada yüklənməsi üçün oxuculara şərait yaradıblar.

Onların dediyinə görə, “Adam oğurluğu haqda xəbər” əsəri son günlərdə İnternetdən 4 min dəfədən artıq yüklənib.

“Adam oğurluğu haqda xəbər” Markesin 1990-cı ildə çap edilən və narkomafiyanın oğurladığı 10 kolumbiyalının acı taleyindən, onların girovluqda dözməli olduqları dəhşətlərdən bəhs edir.

Əsər həm də oğurlananların ailələrinin çəkdikləri əzab-əziyyətlər, onların öz yaxınlarını azad etmək üçün çabaları haqqındadır.

Bu arada İranda nəşr edilən “Şərq” qəzeti ölkənin ən böyük nəşriyyatlarından olan “Nəşr-e çeşmə”yə istinadla yazıb ki, “Adam oğurluğu haqda xəbər” əsərinə son günlər kitab dükanlarında da tələbat “fenomenal səviyyədə”artıb.

Nəşriyyat bildirib ki, əsərin gələn həftə onun ən çox satılan kitabları siyashısına düşəcəyi gözlənilir.
XS
SM
MD
LG