Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:55

Mirmahmud Mirəlioğlu: «Azərbaycan demokratiyaya hamilədir»


Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu
«Müstəqilliyin 20 illiyi» silsiləsindən istiqlalçı deputat Mirmahmud Mirəlioğlunun «İşdən sonra» proqramına müsahibəsindən bəzi sitatları nəzərinizə çatdırırıq:

«Bəzən müstəqilliyin 20 illiyi deyirlər, əslində bu müstəqilliyin bərpasının 20 illiyidir».

«Biz müstəqilliyimizi qazandıq, amma sanki azadlığımızı itirdik».

«20 il bundan əvvəl nəzərdə tutulan məsələlərin bəziləri həyata keçirilib, qalanlarını da həyata keçirəcəyik».

«1991-ci il 18 oktyabrında mənim oğlum öldürülüb, amma bu mənim bayram ovqatıma təsir etmədi».

«Milli mübarizədən sonra biz aşağı mübarizələrə endik».

«Əsrin müqaviləsinin xalqa xeyri yoxdursa onda bu nəyə lazımdır?».

«Biz cəmiyyət olaraq layiq olduğumuz səviyyədə yaşaya bilmirik».

«Bu 18 oktyabrdan bəhrəsini ən çox götürən bu günki iqtidardır».

«Sovet imperiyasını devirə bilən insanlar bu gün bir ovuc adamın əlində girinc qalıblar».

«Sovet imperiyasına daxil olan xalqların da qurtulmasında Azərbaycan türkünün qanı var, canı var».

«Mən vətəni bölünmüş, milləti didərgin tutmuş bir şəxsəm».

«Biz öz aramızda olanları razılaşdıra bilsək, hakimiyyəti də məcbur edəcəyik».

«Əbülfəz Elçibəyin bu gündə yeri görünür».

«İstiqlalçı deputatlar da bu gün bir araya gələ bilmir».

«O günlərin qəhrəmanı birmənalı şəkildə Azərbaycan xalqıdır».

«Xalq həsrət idi bu müstəqilliyə».

«Bu gün Azərbaycan hakimiyyəti nə şəhidinə sayğı göstərir, nə qazisinə qayğı».

«Azərbaycan demokratiyaya hamilədir».

«Azərbaycan mütləq və mütləq azad olacaq».

«Biz Azərbaycanımızın flora və faunasının, insanının da uğrunda mübarizə aparırıq».

«Birləşmək, bir yerdə mübarizə aparmaq və iqtidara ağıl arzulamaq lazımdır».

«Arif Hacılının və digər siyasi məhbusların azadlığa qovusmasını arzu edirik. Ancaq neyniyək ki, biz indi ancaq arzu edə bilirik. Əlimizdən başqa heç nə gəlmir».

«Elçibəy sağ olsaydı, vəziyyət fərqli olardı».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG