Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:19

Yeni Liviya rəhbərliyi Qaddafinin öldürüldüyünü deyir



Liviyanın devrilmiş lideri Muammar Qaddafinin öldürülməsilə bağlı məlumatlar gəlir.

Liviyadakı müvəqqəti milli şuranın informasiya naziri Mahmud Shammam və şuranın sözçüləri Qaddafinin Sirt şəhərindən qaçmaq istəyərkən öldürüldüyünü xəbər verirlər.

Həmçinin beynəlxalq televiziya kanalları öldürüldükdən sonra Qaddafinin foto görüntülərini yayıblar.

Fotolar mobil telefonla çəkildiyindən onun ölü və ya diri olduğu bilinmir.

Amma Liviyadakı müvəqqəti milli şuranın rəsmisi az sonra həmin adamın Qaddafi olduğunu bəyan edib.

Milli şuranın rəsmisi Abdel Majid isə Reuters agentliyinə müsahibəsində Qaddafinin ələ keçirilərkən aldığı yaradan öldüyünü deyib.
XS
SM
MD
LG