Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:34

Hacıbala Abutalıbov sakinlərlə görüşdü, etirazları rədd etdi (VİDEO)


Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Noyabrın 4-də Şəmsi Bədəlbəyli və Mirzağa Əliyev küçələrinin 30-a yaxın sakini Bakı meriyasının qarşısında etiraz ediblər. Mülkiyyət hüquqlarının qorunması tələbiylə keçirilən aksiya iştirakçılarını polis mərkəzi küçədən uzaqlaşdırıb.

Evləri söküləcək sakinlər bazar qiymətlərinə uyğun kompensasiya istəyirlər. İcra hakimiyyəti isə sakinlərə 1 kvadratmetr üçün 1500 manat təklif edir.

İcra Hakimiyyəti qarşısına toplaşan insanlardan 10 nəfəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib.

Təxminən yarım saat davam edən görüş zamanı Hacıbala Abutalıbov sakinlərə 1500 manatdan artıq kompensasiya verə bilməyəcəyini deyib.
XS
SM
MD
LG