Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Türkiyənin Qərblə dostluğu İsraildən asılıdır


Receb Tayyip Erdogan
Receb Tayyip Erdogan
UCUZ POPULİZM

The Economist jurnalının Türkiyə ilə bağlı yazdığı bugünkü baş məqaləsində Baş nazir Recep Tayyib Erdoganın xarici siyasətinin yetərincə güclü tərəflərinin olduğu, amma bəzən ucuz populizm hallarının da olduğu iddia olunur.

Ərəb ölkələri builki oyanış hərəkatı vaxtı Türkiyədən ilham alırdılar. Çünki Türkiyə onlar üçün sadəcə bir müsəlman ölkəsi və keçmiş imperiya gücü deyil. Türkiyə İslamla demokratiya və sərbəst bazar münasibətlərini bir arada yaşayan çox gözəl və az qala yeganə nümunədir.

Türklər də ərəb dünyasından gələn çağırışlara, bəzən gecikməylə də olsa, müsbət cavab verdilər. Misirdə dəyişikliyə çağıranların başında gəldilər, Liviyada NATO hərəkatı üçün səy göstərdilər, indi də qonşu Suriyada Assad rejiminin müxalifətçilərə divan tutmasını önləməyə çalışırlar.

Düzdür, Qərbdə, xüsusən də ABŞ da heç də hamı türklərin 2003-cü ildə İraqa hücum zamanı ərazisindən istifadə etməyə qada qoymasını unutmayıb. İndi hətta bəziləri Türkiyəni Avropa Birliyi və NATO-ya arxa çevirməkdə ittiham edirlər. bəziləri Türkiyəni kürdlərlə sərt, İranla isə yumşaq davranmaqda da günahlandırırlar. İsraillə dostluğa son verməsinə görə Ankaranı tənqid edənlər isə daha çoxdur.

AMMA BU İTTİHAMLAR NƏ DƏRƏCƏDƏ HAQLIDIR?

İqtidardakı Ədalət və İnkişaf Partiyası “qonşularla sıfır problem” siyasətini həyata keçirməyə çalışan azsaylı dövlətlərdəndir. Türkiyə ABŞ-dan sonra ən böyük ordusuyla NATO-nun ən önəmli güclərindən biri olaraq qalır. İncirlikdəki Amerika hərbi hava bazası isə regionda ən önəmli bazadır. Türkiyənin Avropa Birliyinə yolunu isə türklərdən daha çox Kipr, Fransa və Almaniya kimi Avropa dövlətləri bağlayır.

Amma Türkiyənin “qonşularla sıfır problem” siyasətini Ermənistan və Kiprlə olan tarixi problemləri həll eləmədən gerçəkləşdirmək inandırıcı deyil. Üstəlik İran, İraq və Suriya ilə qəliz münasibətlər, Yunan, Kipr və İsrailin Aralıq dənizində qaz ehtiyatları axtarmaq cəhdlərinə verdiyi reaksiya və PKK ilə problemin güc yoluyla həlli yoluna qayıtmaq elan olunan siyasətlə bir araya sığmır.

Ancaq Erdoğanın ən böyük səhvi İsraillə münasibətlərdir. Mavi Marmara gəmisinə hücumdan sonra İsrailin Baş naziri Netanyahu hüç bir vəchlə üzr istməyəcəyini bildrmişdi. Netanyahunu onsuz da Avropa paytaxtlarında ya da Vaşinqtonda elə də sevmirlər. Amma əgər Erdogan fikirləşirsə ki, ölkə içində populyarlıq gətirən anti-İsrail siyasəti ona ölkə xaricində ucuz başa gələcək, səhv edir. Türkiyənin Qərblə yaxşı münasibətlərinin yolu İsraildən keçir.
XS
SM
MD
LG