Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Norveçdə 77 nəfəri öldürən Breivikin məhkəməsi başlanıb


İyulun 22-də Norveçdə 77 nəfəri öldürən yaraqlı bu günkü məhkəmədə qətlləri etiraf edib, amma ittihamları qəbul etmədiyini deyib.

Breivik deyib ki, Norveç və Avropanı İslam istilasından qurtarmaq üçün qətllər vacib idi.

Məhkəmə 32 yaşlı Anders Behring Breivikin Fevralın 6-dakı prosesə qədər həbsdə saxlanmasına qərar verib.

Hakim müttəhimin mediaya çıxışı, qonaq qəbul etməsi və məktub almasına qoyulan qadağaların qismən qaldırılacağına da qərar verib.



İyulun 22-də Breivik öncə maşına yerləşdirdiyi bombanı partlatmaqla 8 nəfəri öldürmüşdü. Sonra Utoeya adasına gedib ora yığılan 69 gənci güllələmişdi.
XS
SM
MD
LG