Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:43

Bakı NATO ilə əməkdaşlığın səviyyəsindən razı deyil


Araz Əzimov
Araz Əzimov
Azərbaycan və NATO arasında əməkdaşlıqda durğunluq yaranıb.

Bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.

«NATO-da konkret olaraq bir-iki ölkə dar siyasi, qərəzli mövqedən çıxış edərək qurumla Azərbaycan arasında imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) üçüncü mərhələsinin təsdiqlənməsini gecikdirir. Bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır», - Əzimov bildirib.

Nazir müavini qeyd edib ki, plan təsdiq edilmirsə, əməkdaşlığın davam etdirilməsi proqramdan asılı olaraq yubanır.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı əsasən «Sülh naminə tərəfdaşlıq», «Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı», həmçinin, «Planlaşdırma prosesi və analiz» proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub. /Trend/
XS
SM
MD
LG