Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:25

Azərbaycan Respublikasında 2012-ci il dövlət büdcəsi haqqında (layihə)


Azərbaycan Respublikasının 2012-ci il
dövlət büdcəsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin
gəlirləri 16 436 400,0 min manat, xərcləri 16 984 400,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 937 165,5 min manat, yerli gəlirləri 499 234,5 min manat və mərkəzləşdirilmiş xərcləri 15 692 400,0 min manat, yerli xərcləri 1 292 000,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

(min manatla)

Gəlirlərin mənbələri Dövlət büdcəsinin gəlirləri

2.1. Fiziki şəxslərin gəlir vergisi 722 000,0

2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 1 780 000,0

2.3. Hüquqi şəxslərin torpaq vergisi 28 000,0

2.4. Hüquqi şəxslərin əmlak vergisi 102 000,0

2.5. Əlavə dəyər vergisi 2 301 800,0

2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
878 000,0

2.6. Sadələşdirilmiş vergi 96 000,0

2.7. Aksiz 533 000,0

2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz
79 000,0

2.8. Yol vergisi 39 000,0

2.8.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi
11 000,0

2.9. Mədən vergisi 125 200,0

2.10. Gömrük rüsumları 232 000,0

2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar
320 500,0

2.12. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 3 415,0

2.13. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
2 894,0

2.14. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
833,0

2.15. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər
1 660,0

2.16. Dövlət Neft Fondundan daxilolmalar 9 905 000,0

2.17. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar
5 000,0

2.18. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar
5 500,0

2.19. Aksiz markaların satışından daxilolmalar 3 000,0

2.20. Dövlət rüsumu 105 000,0

2.21. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar
4 598,0

2.22. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 120 000,0

Maddə 3. Müəyyən edilsin ki, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu və "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

3.1. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 180 000,0

3.1.1. Yol vergisi 39 000,0

3.1.2. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
12 000,0

3.1.3. İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 53 070,0

3.1.4. İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu
51 500,0

3.1.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu
12 430,0

3.1.6. Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu
12 000,0

3.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" 100 000,0

3.2.1. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
2 894,0

3.2.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar
4 598,0

3.2.3 "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.13-cü, 2.21-ci və 3.1.1.-3.1.6-cı maddələrində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait
92 508,0

Maddə 4. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım müəyyən edilir. Yığım üzrə hesabat dövrü təqvim ayı sayılır. Yığım hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və yığımı həyata keçirən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi formada hesabat təqdim edilir. Yığımların vaxtında ödənilməməsinə, azaldılmasına, yayındırılmasına və hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq faizlər hesablanır və ya maliyyə sanksiyası tətbiq edilir.

Maddə 6. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

6.1. Bakı şəhəri üzrə gəlirlərdən ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) 97,49 faiz
6.2. Aşağıdakı mənbələr üzrə daxilolmalardan:
Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun gəlirləri
100,0 faiz

Maddə 7. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

7.1. Bakı şəhəri üzrə ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - Bakı şəhəri üzrə gəlirlərin 2,51 faizi;

7.2. Digər şəhər və rayonlar üzrə ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi, habelə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi, əmlak və torpaq vergiləri.

Maddə 8. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.

Xərclərin istiqamətləri Məbləğ
(manatla)
8.1. Ümumi dövlət xidmətləri 1.198.275.036,0
8.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri
339.685.576,0
8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara
üzvlük haqqı xərcləri 100.578.169,0
8.1.3. elm xərcləri 122.606.644,0
8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri
11.573.334,0
8.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
362.411.313,0
8.1.6. yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3.500.000,0
8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 257.920.000,0

8.2. Müdafiə 1.381.346.925,0
8.2.1. müdafiə qüvvələri 1.284.568.426,0
8.2.2. milli təhlükəsizlik 91.415.111,0
8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.397.147,0
8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 2.966.241,0

8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 944.629.164,0
8.3.1. məhkəmə hakimiyyəti 44.334.449,0
8.3.2. hüquq-mühafizə 777.227.177,0
8.3.3. prokurorluq 52.988.516,0
8.3.4. digər kateqoriyalara aid edilməyən xərclər 70.079.022,0

8.4. Təhsil 1.575.861.323,0
8.4.1. məktəbəqədər və ibtidai təhsil 96.408.750,0
8.4.2. natamam və orta təhsil 740.121.493,0
8.4.3. internat və xüsusi məktəblər 51.424.028,0
8.4.4. texniki-peşə məktəbləri və liseylər 73.522.745,0
8.4.5. ali təhsil 116.942.383,0
8.4.6. təhsil sahəsində tətbiqi tədqiqatlar 4.976.840,0
8.4.7. təhsil sahəsində digər xidmətlər 492.465.084,0

8.5. Səhiyyə 595.112.535,0
8.5.1. poliklinikalar və ambulatoriyalar 87.886.094,0
8.5.2. xəstəxanalar 274.723.381,0
8.5.3. səhiyyə sahəsində digər xidmətlər 5.372.473,0
8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 3.745.550,0
8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 223.385.037,0

8.6. Sosial müdafiə və sosial təminat 1.781.614.717,0
8.6.1. sosial müdafiə xərcləri 1.761.377.937,0
8.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)
1.044.300.000,0
8.6.2. sosial təminat xərcləri 20.236.780,0

8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
250.195.165,0
8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 122.724.480,0
8.7.2. radio, televiziya və nəşriyyat 58.224.604,0
8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 57.088.052,0
8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 12.158.029,0

8.8. Mənzil və kommunal təsərrüfatı 344.462.687,0
8.8.1. mənzil təsərrüfatı 68.577.370,0
8.8.2. kommunal təsərrüfatı 263.960.887,0
8.8.3. su təsərrüfatı 11.460.871,0
8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 463.559,0

8.9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
472.278.880,0
8.9.1. kənd təsərrüfatı 450.002.400,0
8.9.2. meşə təsərrüfatı 9.754.270,0
8.9.3. balıqçılıq və ovçuluq 2.086.446,0
8.9.4. ətraf mühitin mühafizəsi 3.620.557,0
8.9.5. hidrometeorologiya tədbirləri 6.815.207,0

8.10. Sənaye, tikinti və faydalı qazıntılar 5.794.110.679,0
8.10.1. tikinti 5.777.100.000,0
8.10.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 5.774.100.000,0
8.10.2. faydalı qazıntılar 15.010.679,0
8.10.3 geodeziya və xəritəçəkmə 2.000.000,0

8.11. Nəqliyyat və rabitə 83.996.315,0
8.11.1. nəqliyyat 70.302.994,0
8.11.2. rabitə 13.693.321,0

8.12. İqtisadi fəaliyyət 185.866.150,0
8.12.1. iqtisadi və kommersiya fəaliyyəti 35.000.000,0
8.12.2. iqtisadi fəaliyyətin digər sahələri 20.000.000,0
8.12.3. çoxsahəli inkişaf layihələri 129.990.150,0
8.12.4. İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar 876.000,0

8.13. Əsas bölmələrə aid edilməyən xidmətlər 2.376.650.424,0
8.13.1. məqsədli büdcə fondları 280.000.000,0
8.13.1.1. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 180.000.000,0
8.13.1.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" 100.000.000,0
8.13.2. ehtiyat fondları 800.000.000,0
8.13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 300.000.000,0
8.13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 500 000 000,0
8.13.3. əsas bölmələrə aid edilməyən sair xərclər 1.296.650.424,0

Maddə 9. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 5.310.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 499.234.546,0 manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid olan məbləğ 64.430.000,0 manat, yerli xərcləri 1.290.000.000,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 790.765.454,0 manat təsdiq edilsin.
Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2.000.000,0 manat təsdiq edilsin.
(manatla)
№ Şəhər və rayonların adı Gəlirlər Xərclər Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait
Cəmi o cümlədən
şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid olan məbləğ
Şəhərlər:
1 Bakı 4 895 627 000 122 200 246 27 091 300 122 200 246
2 Gəncə 24 609 000 23 688 000 921 000 53 806 305 30 118 305
3 Sumqayıt 62 496 000 60 654 000 1 842 000 60 729 195 75 195
4 Lənkəran 13 048 000 12 516 000 532 000 29 821 177 17 305 177
5 Şəki 11 986 000 11 162 000 824 000 31 229 048 20 067 048
6 Yevlax 8 366 000 7 524 000 842 000 20 311 172 12 787 172
7 Mingəçevir 9 202 000 8 900 000 302 000 26 904 603 18 004 603
8 Şirvan 10 722 000 10 238 000 484 000 14 879 028 4 641 028
9 Naftalan 996 000 956 000 40 000 3 003 924 2 047 924
10 Xankəndi
Rayonlar:
11 Abşeron 34 148 000 23 765 300 10 382 700 23 788 830 23 530
12 Ağcabədi 5 072 000 4 840 000 232 000 21 071 516 16 231 516
13 Ağdam 4 656 000 4 462 000 194 000 32 362 711 27 900 711
14 Ağdaş 3 868 000 3 708 000 160 000 17 398 140 13 690 140
15 Ağstafa 3 550 000 3 364 000 186 000 14 810 866 11 446 866
16 Ağsu 2 890 000 2 734 000 156 000 11 908 600 9 174 600
17 Astara 7 728 000 2 296 000 5 432 000 16 342 848 14 046 848
18 Balakən 3 932 000 3 050 000 882 000 13 899 245 10 849 245
19 Beyləqan 3 542 000 3 400 000 142 000 14 163 894 10 763 894
20 Bərdə 8 290 000 7 996 000 294 000 27 247 510 19 251 510
21 Biləsuvar 4 130 000 3 174 000 956 000 14 024 309 10 850 309
22 Cəbrayıl 1 016 000 902 000 114 000 11 455 896 10 553 896
23 Cəlilabad 6 442 000 6 088 000 354 000 29 139 457 23 051 457
24 Daşkəsən 1 900 000 1 848 000 52 000 10 589 716 8 741 716
25 Füzuli 4 644 000 4 544 000 100 000 26 698 314 22 154 314
26 Gədəbəy 3 000 000 2 856 000 144 000 22 777 114 19 921 114
27 Goranboy 3 850 000 3 632 000 218 000 21 820 583 18 188 583
28 Göyçay 6 218 000 6 020 000 198 000 19 050 301 13 030 301
29 Göygöl 3 752 000 3 560 000 192 000 12 910 165 9 350 165
30 Hacıqabul 3 518 000 3 340 000 178 000 9 714 574 6 374 574
31 Xaçmaz 13 784 000 12 266 000 1 518 000 26 199 654 13 933 654
32 Xızı 1 468 000 1 448 000 20 000 4 933 658 3 485 658
33 Xocalı 300 000 280 000 20 000 3 261 657 2 981 657
34 Xocavənd 564 000 534 000 30 000 4 685 073 4 151 073
35 İmişli 6 514 000 6 272 000 242 000 17 582 523 11 310 523
36 İsmayıllı 3 830 000 3 632 000 198 000 18 212 884 14 580 884
37 Kəlbəcər 1 098 000 1 068 000 30 000 17 903 978 16 835 978
38 Kürdəmir 4 472 000 4 294 000 178 000 16 138 418 11 844 418
39 Qax 2 980 000 2 850 000 130 000 14 906 923 12 056 923
40 Qazax 4 382 000 4 088 000 294 000 17 532 447 13 444 447
41 Qəbələ 8 144 000 7 896 000 248 000 17 270 186 9 374 186
42 Qobustan 2 310 000 2 218 000 92 000 7 319 690 5 101 690
43 Quba 12 400 000 12 052 000 348 000 25 553 862 13 501 862
44 Qubadlı 3 100 000 2 983 000 117 000 9 338 141 6 355 141
45 Qusar 5 172 000 4 982 000 190 000 16 865 154 11 883 154
46 Laçın 1 858 000 1 778 000 80 000 19 277 408 17 499 408
47 Lerik 1 648 000 1 566 000 82 000 15 376 711 13 810 711
48 Masallı 7 154 000 6 792 000 362 000 23 272 329 16 480 329
49 Neftçala 4 094 000 3 944 000 150 000 14 157 150 10 213 150
50 Oğuz 2 100 000 1 982 000 118 000 9 716 548 7 734 548
51 Saatlı 5 660 000 5 554 000 106 000 16 273 967 10 719 967
52 Sabirabad 6 808 000 6 608 000 200 000 22 902 558 16 294 558
53 Salyan 6 626 000 6 394 000 232 000 20 994 673 14 600 673
54 Samux 2 360 000 2 252 000 108 000 10 693 937 8 441 937
55 Siyəzən 2 948 000 2 888 000 60 000 6 964 633 4 076 633
56 Şabran 3 736 000 3 622 000 114 000 9 944 800 6 322 800
57 Şamaxı 6 316 000 6 074 000 242 000 19 430 119 13 356 119
58 Şəmkir 6 776 000 6 258 000 518 000 33 353 365 27 095 365
59 Şuşa 1 200 000 960 000 240 000 6 205 994 5 245 994
60 Tərtər 3 200 000 3 102 000 98 000 12 799 806 9 697 806
61 Tovuz 9 100 000 5 068 000 4 032 000 29 608 414 24 540 414
62 Ucar 3 100 000 2 980 000 120 000 13 744 551 10 764 551
63 Yardımlı 1 548 000 1 474 000 74 000 11 726 146 10 252 146
64 Zaqatala 6 528 000 6 234 000 294 000 21 803 425 15 569 425
65 Zəngilan 1 082 000 1 054 000 28 000 7 651 489 6 597 489
66 Zərdab 2 442 000 2 370 000 72 000 12 338 442 9 968 442
Cəmi: 5 310 000 000 499 234 546 64 430 000 1 290 000 000 790 765 454

Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə Bakı şəhəri üzrə nəzərdə tutulmuş xərclərin tənzinlənməsi müvafiq icra hakimiyəti orqanı tərəfindən bu Qanunun 6.1-ci və 7.1-ci maddələri ilə müəyyən edilmiş Bakı şəhəri üzrə gəlirlərdən dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə və Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativlərinin müvafiq olaraq 2 faiz-bənddən çox olmamaqla artırılması və azaldılması yolu ilə həyata keçirilir.

Maddə 12. Azərbaycan Respublikasının 2012-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

(manatla)

12.1.
12.1.1.
12.1.2. Daxili dövlət borcu üzrə
faiz ödənişləri
əsas borc üzrə ödənişlər 126.466.004,0
30.289.924,0
96.176.080,0

12.2.
12.2.1.
12.2.2.
Xarici dövlət borcu üzrə
faiz ödənişləri
əsas borc üzrə ödənişlər
235.945.309,0
121.109.537,0
114.835.772,0

Maddə 13. Azərbaycan Respublikasının 2012-ci ildə daxili dövlət borcunun yuxarı həddi (limiti) 1 000 000,0 min manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 2 000 000,0 min manat təsdiq edilsin.

Maddə 14. Dövlət büdcəsinin icrası prosesində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 15. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 548 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, xarici qrantlar və 2012-ci il 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilsin.

Maddə 16. Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 20 026 403,0 min manat müəyyən edilsin.

Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin kəsiri 12 503 084,0 min manat məbləğində müəyyən edilsin.

Maddə 18. Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
XS
SM
MD
LG