Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:48

Serzh Sargsyan: “Ermənistan danışıqları davam etdirmək niyyətindədir“


Ermənistan prezidenti Serzh Sargsyan
Ermənistan prezidenti Serzh Sargsyan
“Dağlıq Qarabağ münaqişəsinin yeganə real həll yolu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesidir. Ermənistan danışıqları ardıcıl davam etdirmək niyyətindədir. Alternativ yol nə bizə, nə də qonşu xalqa xeyir gətirəcək. Belə dolaşıq və çətin məsələ üzrə danışıqlar səbir və prinsipiallıq tələb edir”.
Bunu Ermənistan prezidenti Serzh Sargsyan MDB ölkələri Dinlərarası Şurasının noyabrın 28-də Yerevanda keçirilən iclasında deyib.
Serzh Sargsyan Dağlıq Qarabağ münaqişəsinin dini xarakter daşımadığını bildirib. Deyib ki, Qarabağ münaqişəsinə dini rəng vermək qeyri-konstruktivdir. “Xalqlarımızın etiqad etdiyi dinləri – islamı və xristianlığı qarşı-qarşıya qoymaq olmaz. Münaqişə çərçivəsində mənəvi və tarixi-mədəni dəyərlərin məhvi də yolverilməzdir”. Ermənistan prezidenti tarixi abidələri bərpa etdiklərini, buna misal kimi Yerevandakı 8-ci əsrin abidəsi olan Göy məscidin bərpasını göstərib.
Ermənistan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin bütün Rusiyanın Patriarxı Kirilin vasitəçiliyi ilə aparılan dialoqunu alqışladığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn bütün səylərə görə təşəkkür edirəm”.
XS
SM
MD
LG