Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:45

Rafiq Tağının öldürülməsi ilə bağlı əməliyyat müşavirəsi keçirilib


Rafiq Tağı
Rafiq Tağı
Baş prokurorun 1-ci müavini Rüstəm Usubovla Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib.
Bu barədə baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə istintaq aparan qrupa əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.
Yazıçı-publisist Rafiq Tağı noyabrın 19-u saat 22.00 radələrində işdən evə qayıdarkən yaşadığı binanın yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisəyə görə, saxlanan yoxdur.
XS
SM
MD
LG