Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:24

İran Hörmüz boğazından bir damla neft buraxmaya bilər


İranın vitse-prezidenti Mohammad Reza Rahim xəbərdarlıq edib ki, əgər Tehrana qarşı neft ixracl ilə bağlı sanksiyalar davam edərsə, onlar
Hörmüz boğazından keçən neft tankerlərini dayandıra bilər.

Məlumat İranın rəsmi agentliyi olan İRNA yayıb.

Mohammad Reza Rahim deyib ki, əgər sanksiyalar davam edərsə, onlar Hörmüz boğazından bir damcı da neft xammalı buraxmayacaqlar.

Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və dünyaya dəniz yolu ilə neft ixracının 40 faizini təşkil edən əsas neft və qaz ixracı marşutlarından biridir. Təkcə Qətər bu boğaz vasitəsilə gün ərzində 15.5 milyon barel neft ixrac edir.

İran nüvə bombası əldə etmək istədiyi üçün beynəlxalq sanksiyalara məruz qalıb. İran bu ittihamı rədd edir, bildirir ki, nüvə texnoligiyasından dinc məqsədlər üçün istifadə olunması nəzərdə tutulur.
XS
SM
MD
LG