Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Naxçıvan prokurorluğu və ombudsman cəbhəçi haqda


Naxçıvan
Naxçıvan
Naxçıvan Muxtar Respublikası Prokurorluğu Xalq Cəbhəsi Partiyasının bölgədəki fəalı Zeynalabdin Bağirzadə haqqında açıqlama yayıb.

Prokuroluq Zeynalabdin Bağırzadənin istintaq təcridxanasında təzyiqə məruz qalması və səhhətinin ağırlaşması barədə yayılan məlumatları təkzib edib. Onun haqqında mətbuatın yazdıqlarını isə qərəzli adlandırıb.

1993-CÜ İLDƏ BAŞ VERƏNLƏR 2011-Cİ İLDƏ ÜZƏ ÇIXIB?


Açıqlamada deyilir ki, Zeynalabdin Bağırzadənin həbsinin siyasi xarakteli olması haqda deyilənlər həqiqətə uyğun deyil. O saxta sənədlərdən istifadə edərək «Çernobıl əlili» statusu əldə etdiyi üçün saxlanıb:

«Zeynalabdin Bağırzadə 1993-cü ildə özünə məxsus olan HZ № 4028514 saylı hərbi biletini Babək Rayon Hərbi Komissarlığının qeydiyyat bölməsinin əməkdaşına verərək özünü vəzifəli şəxs kimi təqdim edib. O Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etməsi barədə həmin hərbi biletdə qeydlərin aparılmasını xahiş edib.

Həmin dövrdə Babək Rayon Hərbi Komissarlığında təlimatçı vəzifəsində işləmiş yaxın tanışı hərbi bileti ondan alıb və hərbi biletin müvafiq vərəqələrində lazım olan qeydləri etmək məqsədilə Naxçıvan şəhərində yerləşən «N» saylı hərbi hissədə gizir işləyən tanışına verib. O da öz növbəsində Zeynalabdin Bağırzadəyə məxsus hərbi biletin 13-cü və 24-cü səhifələrində rus dilində «Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib» qeydlərini aparıb, hərbi biletdə hərbi hissə komandirinin adını şərti olaraq özündən uydurmaqla «Kurkin» yazıb, onun adının qarşısındakı imzanı özü çəkib, saxta möhür isə onun xahişi ilə «N» saylı hərbi hissədə xidmət etmiş tanışı tərəfindən vurulub. Möhür saxtalaşdırılarkən hərbi hissənin nömrəsi olan hissəyə kağız parçası qoyaraq sonradan möhürün həmin hissəsinə özündə olan mətbəə şriftləri ilə «33703» rəqəmlərini vuraraq, bununla da, guya Zeynalabdin Bağırzadənin 33703 saylı hərbi hissədə toplantıda olduğunu göstərib».

18 MİN 679 MANATLIQ TƏQAÜD VƏ...


Açıqlamada daha sonra deyilir ki, istintaq Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi hissələrin siyahısı müəyyənləşdirib. Amma 33703 saylı hərbi hissənin orada olmadığı məlum olub:

«İstintaqla müəyyən edilib ki, Bağırzadə Zeynalabdin saxta sənədlərdən istifadə etməklə 1993-cü ildən etibarən 18 min 679 manat təqaüd və müavinət alıb. Bununla yanaşı, o, yaxın qohumlarından 4 nəfərinə də həmin vasitə ilə saxta «Çernobıl əlili» vəsiqəsi düzəldib. İş üzrə istintaq davam etdirilir».

OMBUDSMAN: «İŞGƏNCƏ OLMADIĞINI DEDİ»

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsamn) də Zeynalabdin Bağırzadə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, müvəkkil Ülkər Bayramova və Preventiv qrupun üzvləri təcridxanada saxlanan Zeynalabdin Bağırzadə ilə görüşüb və saxlanma sənədləri ilə tanış olub:

«Görüş zamanı Zeynalabdin Bağırzadə istintaq təcridxanasında ona qarşı hər hansı təzyiq və ya işgəncə, o cümlədən saxlanma şəraiti ilə bağlı narazılığının olmadığını qeyd edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Zeynalabdin Bağırzadənin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsində prosessual qanunvericiliyinin tələblərinə əməl edilib və hər hansı qanun pozuntusuna yol verilməyib».

AXCP üzvü Zeynalabdin Bağırzadəyə qarşı 3 maddə ilə cinayət işi başlanıb. O Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (Dələduzluq) maddələri ilə təqsirli bilinir. Haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Zeynalabdin Bağırzadəyə qarşı irəli sürülən ittihamlar təsdiqlənsə, onu 1 ildən 12 ilədək həbs gözləyir.

Yaxınları isə AzadlıqRadiosuna danışarkən bu iddiaları rədd edirlər. Onlar cəbhəçinin 1986-cı ildən Çernobıl əlili kimi təqaüd aldığını deyirlər. Bağırzadənin isə sadəcə siyasi fəaliyyətinə görə həbs olunduğunu söyləyirlər.

Onun qardaşı Yaşar Bağırsoy da Naxçıvandakı fəallardandır. Son parlament seçkilərində namizədliyini vermişdi
XS
SM
MD
LG