Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:43

Matthew Bryza Azərbaycanı tərk edib


Matthew Bryza
Matthew Bryza
Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Matthew Bryza yanvarın 3-də ölkəni tərk edib.

Bu barədə «APA»ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Keith Bean məlumat verib.

ABŞ Senatı M.Bryza'nı səfir vəzifəsinə təsdiqləməyib. Səfir dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, səfir vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın 3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq.

Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterling icra edəcək.
XS
SM
MD
LG