Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:06

Human Rights Watch Azərbaycanı tənqid edib


Iran/world -- Logos of Amnesty international, Democracy coalition project, Human Rights Watch, Fidh, LDDHI, International Campaign for Human Right in Iran, undated
Iran/world -- Logos of Amnesty international, Democracy coalition project, Human Rights Watch, Fidh, LDDHI, International Campaign for Human Right in Iran, undated
2011-ci ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşib, hökumət bütün etiraz aksiyalarını dağıdıb.

Bu barədə Human Rights Watch təşkilatının dünya ölkələrində insan haqlarının vəziyyətilə bağlı yaydığı illik hesabatın Azarbaycana aid hissəsində bildirilir.

Hesaba hakimiyyətin sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozduğu, müxalifətin paytaxt Bakıda bir dənə də olsun mitinq keçirilməsinə icazə verilmədiyi, hakimiyyəti tənqid edənlərə qarşı siyasi motivli itihamlar irəli sürüldüyü, insan haqları müdafiəçilərinin təqib olunduğu və paytaxt Bakıda aparılan tikinti kompaniyası adı altında evlərin qanunsuz söküldüyü və insanların öz evlərindən məcburu köçürüldüyü qeyd olunur.

Hesabatda daha sonra qeyd olunur ki, ötən ilin mart və aprelində ölkədə keçirilən etiraz aksiyaları dağıdılarkən siyasi xadimlər, jurnalistlər və müxalifət fəalları da daxil olmaqla yüzlərlə adam saxlanıb, onlarla fəal 10 sutkalıq həbs cəzasına məhukm edilib.

Bundan başqa etiraz aksiyasına çağıran gənc fəal Bəxtiyar Hacıyev ordudan yayınma ittihamıyla 2 il azadlıqdan məhrum edilib.

Həmçinin digər gənc fəal və müxalifətdə olan AXCP –nın üzve Cabbar Savalanlıya narkotik ittihamıyla 2 il yarım iş kəsilib.

Cabbar Savalanlı ötən ilin dekabrında əfv fərmanına düşərək cəzasının qalan hissəsindən azad edilib.

Hesabatda daha sonra Azərbaycan hakimiyyətinin Avropa Şurası Parlament
Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisinə viza vermədiyi qeyd olunur.

Təşkilat Azərbaycan hökumətini siyasi ittihamlarla həbs olunan bütün müxalifət fəallarını azad etməyə və Avropa Şurasının məruzəçisi ilə tam əməkdaşlıq etməyə çağırır.
XS
SM
MD
LG