Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Nəqliyyat Nazirliyi taksi maşınlara 5 il şərtini ləğv etdi


Taksi sürücülərinin Bakıdakı etirazları 16 yanvar 2012-ci il
Taksi sürücülərinin Bakıdakı etirazları 16 yanvar 2012-ci il
Nəqliyyat Nazirliyi taksi fəaliyyəti üçün avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyəti aradan qaldırıb.

Bundan sonra buraxılış ili 5 ildən artıq olan avtomobillərdən də taksi kimi istifadə etməyə icazə veriləcək.

Bu barədə AzadlıqRadiosuna nazirliyin sözçüsü Namiq Həsənov məlumat verib.

O deyib ki, nazirlik belə bir addımı sürücülərin müraciətindən sonra atıb:

«Almaniya, Yaponiya istehsalı olan maşınlar var ki, onlar 2003-2004-də istehsal olunsa da, yaxşı vəziyyətdədir. Bu səbəbdən də həmin maşınlara 5 illik lisenziya veriləcək. Amma keçmiş sovet maşınlarına, «Jiquli»lərə lisenziya verilməyəcək».

Rəng məsələsində isə hər hansı güzəşt gözlənilmir. N.Həsənov deyir ki, Bakıda taksi kimi istifadə olunan avtomobillərin rəngi bənövşəyi və ya ağ olmalıdır.

Bundan başqa, 5 illik lisenziya cəmi 5 min maşına veriləcək.

Nəqliyyat Nazirliyi yanvarın 13-dən Dövlət Yol Polisi ilə birlikdə lisenziyasız taksilərə qarşı reydlərə başlayıb.

Narazı taksi sürücüləri Bakının ayrı-ayrı yerlərində və Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyaları keçiriblər. Sonuncu aksiyada 4 nəfər saxlanılıb. Onlara 5 sutka inzibati həbs cəzası verilib.
XS
SM
MD
LG