Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:31

Saakashvilinin “Putin planı” varmı?


Gürcüstan prezidenti Mixeil Saakashvili hazırda Amerikadadır və onun tezliklə Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşü gözlənilir.

Saakashvili yanvarın 27-də başlanmış “Basecamp Summiti”ndə iştirak edib.

Həmin sammitə dünyanın müxtəlif ölkələrindən olan biznesmenlər və sərmayəçilər qatılıb.

Saakaşvilinin sammitdəki çıxışı isə belə adlanıb: “Gürcüstanda diktaturanın darmadağın edilməsi və Qızılgül İnqilabının dərsləri”.

Şaakashvilinin səfəri günlərində ABŞ-dakı Carnegie Fondunun araşdırmaçısı Thomas de Waal isə “Waşington Post” qəzetində Gürcüstan Rusiya müharibəsini yenidən yada salır.

Bu müharibə həm də Qərblə Rusiya arasında münasibətləri gərginləşdirdiyindən

Qərbin güc mərkəzlərində Şaakashvilinin ən yüksək səviyyədə qəbulu mümkün olmadı.

Amma de Waal yazır ki, Saakashvili özünü reabilitasiya etmək istiqamətində çalışdı və buna nail oldu. Barack Obama tərəfindən qəbul edilməsi daha çox Saakashvilinin Rusiya ilə əməkdaşlığa getməsi, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbuluna qoya biləcəyi vetodan imtina etməsinə görə bir minnətdarlıq jesti sayıla bilər.

Müəllif yazır ki, düzdür, Saakashvili hakimiyyətə gələndən sonra ölkədə bir sıra islahatlar aparıb, xüsusən də korrupsiyayla mübarizə məsələsində.

Polisdə və təhsil sistemində korrupsiya ilə mübarizə öz bəhrəsini verərək başqa post-sovet ölkələri üçün bir nümunəyə çevrilib.

Amma de Waal Saakashvilinin idarəçilik metodlarındakı qüsurları da qeyd edir.


Bidzina İvanişvili
Bidzina İvanişvili
Məqalədə deyilir ki, yaxın bir ildə Gürcüstanda prezident seçkiləri gözlənilir və bu, Gürcüstan demokratiyası üçün bir sınaq olacaq.

Saakashvili artıq 2 dəfə prezident seçilib və onun yenidən seçilmək haqqı yoxdur.

Amma de Waal yazır ki, bir müddət əvvəl Gürcüstan qanunlarına bəzi düzəlişlər edilib və həmin düzəlişlər

Gürcüstan prezidentinin səlahiyyətlərini azaldaraq baş nazirə verməyi nəzərdə tutur.

İndi Gürcüstanda bunu Saakashvilinin özünə “Putin variantı” üçün ayaq yeri qoyması kimi də yozurlar. Yəni prezidentlikdən gedəndən sonra baş nazir postuna yiyələnərək əsas hakimiyyət rıçaqlarını öz əlində saxlamaq planı...

Saakashvili belə bir planın olub-olmaması haqda suallardan, bu haqda qəti bir fikir söyləməmkdən yayınır.

De Waal-a görə, Saakashvili hakimiyyətinin son dövrlərdə atdığı bəzi addımlar da narahatlıq doğurur.

Məsələn, milyarder İvanişviliyə qarşı addımlar.

İvanishvili siyasətə qoşulmaq istəyən kimi Gürcüstan vətəndaşlığından məhrum edildi, pul yumaq ittihamı ilə onun bankında reyd keçirlib,

Hakimiyyətə yaxın media ona “Rusiyanın adamı” adını qoydu


Tbilisidə Saakaşvili hakimiyyətinə qarşı "boş qazan aksiyası". Etirazçılar işsizliyin azaldılması üçün yetərincə iş görülmədiyini bildirirlər, 26 yanvar, 2012
Tbilisidə Saakaşvili hakimiyyətinə qarşı "boş qazan aksiyası". Etirazçılar işsizliyin azaldılması üçün yetərincə iş görülmədiyini bildirirlər, 26 yanvar, 2012
Amma məqalədə deyilir ki, kapitalının böyük hissəsini Rusiyada qazansa da, İvanişvili çətin ki Rusiyanın adamı ola. Çünki qərbyönümlü qüvvələrlə müttəfiqlik yolunu seçib.

Məqalə müəllifi daha sonra yazır ki, Gürcüstan elitası daha çox islahatçıdır, nəinki demokrat. Onlar ölkədə demokratiyaya yol açılmasına daha çox bir təhlükə kimi baxır və deyirlər ki, bu, islahatlara mane ola bilər.

De Waal fikrincə, əgər Saakashvili prezidentlik müddəti bitəndən sonra hakimiyyətdən gedərsə və daha plüralistik cəmiyyətin yaranmasına yol açarsa, bu, başqa post-sovet ölkələri üçün, o cümlədən Rusiya üçün uğurlu nümunə olacaq. Yox əgər bunu etməzsə, Gürcüstan Waşington üçün problemli müttəfiqə çevrilmilş olacaq.
XS
SM
MD
LG