Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Ziyalı Forumu gənclərin problemlərini müzakirə etdi


Ziyalılar Forumu AzadlıqTW-də 1-ci hissə (təkrar)
Gözlə

No media source currently available

0:00 1:54:53 0:00
Direct-ə keçid

Diqqət. Videoyazıya baxmaq üçün onun tam yüklənməsini gözlə. Videonun keyfiyyətindəki qüsurlara görə üzr istəyirik. Canlı yayımın həyata keçirildiyi internet xəttinin gücü görüntülərin yüksək keyfiyyətini təmin edə bilmir. Forumun işi 16-cı dəqiqədən son


NİYƏ GƏNCLƏR?

Ziyalılar Forumunun gənclərlə bağlı toplantısı Rüstəm İbrahimbəyovun evində keçirildi. AzadlıqRadiosu ilə söhbətində Rüstəm İbrahimbəyov bildirdi ki, forumu keçirmək üçün Hilton, Hyatt Regency hotellərinə və digər yerlərə müraciət etsələr də, müxtəlif bəhanələrlə belə bir tədbirə yer verməkdən boyun qaçırılıb. Ona görə, tədbiri burada keçirmək qərara alınıb.

Forumu giriş sözü ilə professor Cəmil Həsənli açıb:

«Niyə gənclərlə bağlı müzakirələr keçirmək istədik? Gənclər təhsillə, sosial həyatla, bu günlə bağlıdır. Onların iş, sosial problemlərini müzakirə etməyə qərar verdik».

«ƏN BÖYÜK RESURS NEFT YOX, GƏNCLƏRDİR»

Ziyalılar Forumunda Rafiq Əliyevin çıxışından bəzi məqamlar:

«Gənclik sabahdır. Əsas gəncliyə müraciət edirəm. Ən böyük gəlir sizsiniz. Gənclik millətin ən böyük resursudur. Ən böyük resurs neft deyil! Gəncliyi sabah üçün qorumaq lazımdır. Bizdən fərqli olaraq gənclik gərək bədbin olmasın. Elə fikirləşməyin ki, biz məsuliyyəti sizin çiyinlərinizə atırıq. Bizim gücümüz ona çatdı ki, müstəqillik qazandıq. Amma parçalanmış müstəqillik. ...Biz arzu edək ki, gənclik yanlışlığa yol verməsin».

Yazıçı Rüstəm İbrahimbəyov isə qısa çıxış edib:

«Gənclərin problemi uşaqlarımızın problemidir. Bizdə uşaq anadan olanda, hökumət 75 manat pul verir. Rusiyada isə bizim pulla 400 manat. Amma bu rəqəm ərəb ölkələrində qat-qat çoxdur.
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Bu uşaq nə olacaq? Necə böyüyəcək? Gənc yaşında artıq qoca olacaq. Elə əzablar görəcək ki, kişiliyin də itirəcək. Rüşvətxor olacaq. Bax bundan danışaq…».

ƏKRƏM ƏYLİSLİ BƏXTİYAR HACIYEVİN BURAXILMASINI İSTƏDİ

«Bəxtiyar Hacıyev azadlığa buraxılsın». Yazıçı Əkrəm Əylisli Ziyalılar Forumunda çıxışının sonunda belə deyib. O şəxsən öz adından və Forum adından prezidentdən bunu xahiş edib:

«Bir dəfə çıxışımda da dedim ki, Bəxtiyar Hacıyevi həbsdən buraxsınlar. O zaman mənə iradlar oldu ki, niyə başqa məhbusların adını çəkmirəm. Çünki siyasi işlərə görə tutulmuş bütün şəxslərin hamısının eyni vaxtda azadlığa buraxılması real deyil. Həm də mən nəzərə alıram ki, Bəxtiyar Hacıyev xarici ölkədə təhsil alıb. Xaricdə təhsil almış adamı öz ölkəsinə qayıdandan sonra həbsə atmaq unikal hadisədir. Mən Bəxtiyarın yazılarını izləyirəm. Görürəm ki, çox ağıllı gəncdir, savadlıdır. Perspektivi var. Belə gəncin həbsdə saxlanması yolverilməzdir. Bir daha öz adımdan və forum adından Azərbaycan prezidentinə müraciət edirəm ki, Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına yardımçı olsun».

Əkrəm Əylisli çıxışında ölkə gəncliyinin problemlərinə də toxunub. O, hakimiyyətin siyasi sədaqət məsələsində tələbkarlığını yanlış saydığını bildirib:

Əkrəm Əylisli
Əkrəm Əylisli
«Gənclərə münasibətdə siyasi sədaqət tələb edəndə, cəmiyyət parçalanır. Bu, dövlətin özünə də, dövlətçiliyə də zərbədir. Siyasi mənsubiyyətə görə mövqe qazandırmaq, şərait yaratmaq indiki vaxtda absurddur. Əvvəl olsa, deyərdik ki, hökumət zəifdir, insanların meydana tökülməsindən dövləti qorumaq lazımdır. İndisə bu ikitirəlik yaradacaq, cəmiyyəti parçalayacaq».

Əkrəm Əylisli daha sonra Ziyalılar Forumu ilə bağlı səslənən fikirləri də şərh edib:

«Bəzi söz-söhbətlər var ki, guya biz narazıyıq, cəmiyyətdəki inkişafı görmək istəmirik. Bunlar yanlış və mənasız söhbətdir. Burda oturanların çoxu Azərbaycanın dinamik inkişafına şübhə etmir. Amma dinamik inkişafı qədər harmonik inkişafı getmir. Bu, adamı yandırır. Böyük binalar tikilir, abadlıq gedir. Amma bunun fonunda Azərbaycanın minlərlə dərdini-sərini görmürlər. 20 ildən sonra Azərbaycanda yazı oxuyanlar azala bilər. Sovet hökumətinin verdiyi ən böyük töhfə – ümumi savadlanma zəifləyir. 9-cu sinif şagirdi görmüşəm ki, oxuya bilmir. Eşitdiyimə görə, babalı deyənlərin boynuna, idman kompleksləri ki tikilir, onların bir qismini şadlıq evləri kimi istifadə edirlər. Bu acınacaqlı məsələdir. Bu qədər problemlər ola-ola, bərbəzək bizi ağrıdır və bədbinlik yaradır».

***
Cəmil Həsənli: «Bu gün Azərbaycanın kredit bazarındakı faizlər ancaq bir işə yarayır. Bu faizlə ancaq narkotik işiylə məşğul olmaq mümkündür».

XARİCİ UNİVERSİTETLƏRİN SEÇİMİ DƏ SİYASİLƏŞİB

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu xaricdə oxuyanların problemlərinə toxunub.
Qubad İbadoğlu
Qubad İbadoğlu
O, diqqəti xaricdə təhsil alanların ixtisas seçiminə çəkib. Məsələn, 150 nəfər tibbə göndərilib:

«İqtisadiyyat və humanitar sahələrdə oxuyanların sayını isə dövlət məqsədli şəkildə azaldıb. Tələbələrin oxumağa göndərildiyi ölkələrin seçimləri də siyasiləşib. İlk beşlikdə Böyük Britaniya, Türkiyə və başqa ölkələr təmsil olunsa da, ən yaxşı universitetlərin cəmləşdiyi ABŞ ilk onluqda da deyil. Bu ölkədə dövlət xəttiylə 31 nəfər təhsil alır…

Dünyanın 10 aparıcı universitetindən 7-si ABŞ-dadır. Hətta Çin, Malayziya tələbələrini ABŞ-a göndərirsə, biz gənclərimizi ABŞ-a yox, Çinə, Malayziyaya göndəririk».

(ardı var)
XS
SM
MD
LG