Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

İran Azərbaycana yenə nota verib


İran növbəti dəfə Azərbaycana nota verib.

APA-nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, İranın Azərbaycandakı səfirliyinin rəsmi Bakıya təqdim etdiyi notada iranlı jurnalistlərin saxlanması faktının beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir.

İran kütləvi informasiya vasitələri “FARS” informasiya agentliyinin və İran televiziyasının “Səhər” kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanan şəxslərdən Anar Bayramlının “Səhər” kanalının müxbiri, Ramil Dadaşovun isə “Səhər” kanalının sürücüsü olduğu bildirilir.

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə İran televiziyasının Anar Bayramlı adında əməkdaşının Xarici İşlər Nazirliyində akkreditasiya olunmadığını bildirib.

A. Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılarkən onun üzərindən narkotik vasitə götürülüb.
XS
SM
MD
LG