Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

«Crystal Hall»u tikən şirkət


«Baku Crystal Hall»
«Baku Crystal Hall»
«Eurovision 2012» Mahnı Yarışmasının keçiriləcəyi «Baku Crystal Hall»u tikən Almaniyanın «Alpine Bau Deutschland AG» şirkətinin kommersiya direktoru Rolf Herr AzadlıqRadiosuna müsahibə verib.

«LAYİHƏNİ VAXTINDA VERƏCƏYİK»

- «Alpine Bau Deutschland AG» bir sıra böyük stadionlar tikib. Məsələn, futbol üzrə Avropa Çempionatının keçirildiyi Polşada stadion tikib. Bizim başqa tərəfdaşlarımız – «GMP Architekten» və NÜSSLI AG isə dünya çempionatının keçirildiyi CAR-da öz layihələrini reallaşdırıblar. Bizim üçün - bütün iştirakçılar üçün Azərbaycanda bu cür böyük layihəni gerçəkləşdirmək bir çağırış idi. Biz bu binanı qısa zamanda tikməliyik. Özü də keyfiyyətli. Biz gücümüzə əminik. Bu günlərdə hava şəraitinə görə itirdiyimiz vaxtı kompensasiya edə biləcəyik. Layihəni Azərbaycana vaxtında təhvil verə biləcəyik.

POLŞADAKI STADİON 3 İLƏ, «CRYSTAL HALL» BİR NEÇƏ AYA

- Polşada və CAR-da da vaxt məhdudiyyəti vardımı?

- Polşada infrastruktur tamam fərqlidir. Orda 2-3 il vaxt vardı. Futbol stadionunun ölçüləri də fərqlidir. Orda 60-80 min tamaşaçı otura bilər. Burdakı zal isə 22-25 min tamaşaçı üçün nəzərdə tutulub. Bakıda isitmə, soyutma sistemi də qururuq. Bu layihələri müqayisə etmək olmaz. Polşadakı stadionun 70-80 faizi betondan ibarət idi. Beton bloklar Polşada istehsal olunurdu. Bakıdakı layihə üçünsə materiallar Avropadan gətirilir. Təkcə materiallarla dolu yük maşınlarının sayı 1400-dür. Bu da polad konstruksiyalar, fasad materiallarıdır. Burdakı layihə dizayn baxımdan daha çətindir. Tavan konstruksiyası metaldandır və qapalıdır. Polşada isə stadion tam örtülü deyil. Bakıdakı bina multifunksionaldır.



16 MÜHƏNDİS BÜROSU, 14 TON POLAD...

- «Crystal Hall» sürüşmələr olan ərazidə, dəniz kənarında tikilir. Bu hansı problemlər yarada bilər? Xüsusən də binanın davamlılığı ilə bağlı?

- Burda ən yüksək təhlükəsizlik standartları ilə işləyirik. Bina zəlzələyə də davamlıdır. Ən böyük problem küləyin gücüdür. Biz axır 10 ildəki külək hesablamalarına baxdıq. Dizayn və konstruksiyalarda küləyin gücünü nəzərə aldıq. Yəni, bu bina bir platforma və ya bünövrə üzərində qurulmur. Sırf dizaynla bağlı 16 mühəndis bürosu işləyib. Bu işdə bir şirkət bünövrə ilə məşğuldur, o biri dam konstruksiyasına cavabdehdir, elektrik sistemi və ya yanğından mühafizə üçün ayrı-ayrı şirkətlər... Tikiliyə 14 min ton polad sərf olunacaq.

«BİZ AZƏRBAYCANDA BAŞQA LAYİHƏLƏRDƏ DƏ İŞTİRAKDA MARAQLIYIQ»

- Bina bir neçə aya tikilir. Risk faktoru varmı? Vaxtın darlığı keyfiyyətə təsir edəcəkmi?

- Bizim sifarişçimiz olan Dövlət Əmlak Komitəsi tikintiyə, gündəlik işimizə nəzarət edən ayrıca şirkət dəvət edib. Tikinti sahəsinə 100-dən artıq alman ekspert, 8 memar cəlb olunub. Avropada belə layihələri həyata keçirən şirkətlərin hamısı burdadır. Hamısı bir yerdə uğurlu əməkdaşlıq edir. Bizdə həftəsonu anlayışı yoxdur. Qarşımıza böyük tələblər qoyulub. Onları yerinə yetirməliyik. Bu, həm bizim şirkətimizin imici üçün, həm də Azərbaycan üçün vacibdir. Bizim marağımızdadır ki, Azərbaycanda başqa layihələrdə də iştirak edək.
«Baku Crystal Hall»un tikintisi
«Baku Crystal Hall»un tikintisi
Bu ölkədə bir çox imkanlar var. Tək biz yox, indi burda fəaliyyət göstərən başqa şirkətlər də qərara gəliblər ki, gələcəkdə Azərbaycanda çalışsınlar.

«YAXŞI BAXSAZ, 20-30 İL XİDMƏT EƏD BİLƏR»

- Bu binanın istifadə müddəti nə qədərdir? Mütəxəssislər 10-15 il deyirlər.

- Bu uzunmüddətli istifadə üçün nəzərdə tutulub. Tutaq ki, yeni avtomobil almısınız. Ona yaxşı baxmasaz, 2 ilə dağılacaq. Amma ona yaxşı baxsaz, pul xərcləsəz, nəzarət etsəz, 20-30 il xidmət edə bilər.

- Yəni 20-30 il?

- Yaxşı baxsaz 50 il də olar.

- Yaxşı baxmaq nədir?

- Təyyarəni götürək. Elə təyyarə var 30-40 il işlənir. Onlar yüksək standartlarla hazırlanır. Həmişə ayrı-ayrı hissələri yoxlanır, dəyişdirilir. Bu yolla siz təyyarəni uzun müddət saxlaya bilərsiz.

- Bu o deməkdirmi ki, müsabiqədən sonra da «Crystal Hall»da təkmilləşdirmə işləri aparılmalıdır?

- Binaya həmişə nəzarət edilməlidir. Yəni, müsabiqə bitəndən sonra qapını bağlayıb getmək düz olmazdı.

- Amma şirkət zəmanət verirmi ki, bina hansı müddət üçün yararlıdır?

- Əlbəttə zəmanət veririk. Özü də beynəlxalq normalara uyğun. Amma sifarişçi binada hansısa dəyişiklik edəcəksə, artıq o bizim təhvil verdiyimiz bina
«Baku Crystal Hall»un tikintisi
«Baku Crystal Hall»un tikintisi
olmayacaq.

- İlkin halda nə qədər qarantiya verirsiz?

- Metal konstruksiya üçün bir qarantiya var, dayaqvurma işlərinə verilən zəmanət tam fərqlidir.

- Fundament və dayaqvurma işlərinə nə qədər qarantiya verirsiz?

- İlkin qarantiya 1 ildir. Fundamentə 20-30 il qarantiya verilə bilər. Amma zəlzələ olanda həmin qarantiya itir... Biz Avropada necə tikiriksə, elə bu cür də burda tikirik.

«DÖVLƏT ƏMLAK KOMİTƏSİNƏ MÜRACİƏT EDİN»

- Layihə təcili olmasaydı, daha yaxşı tikə bilərdiz? Nə qədər vaxta tikilərdi? Nə qədər dayanaqlı olardı? Daha ucuzmu olardı?

- Bunu deyə bilmərəm.

- Nə qədər pul xərclənəcək bu layihəyə?

- Bilmirəm. Deyə bilmərəm.

- İndiyədək nə qədər pul xərcləmisiz, deyə bilərsizmi?

- Bu layihəyə mətbuat mərkəzi daxildir, yollar var. Biz tikirik. Başqa firmalar da gələcək. Dövlət Əmlak Komitəsinə müraciət edin. Bizim sifarişçi qarşısında bununla bağlı öhdəliyimiz var.

- Layihəni siz vermişdiz?

«Baku Crystal Hall»un tikintisi
«Baku Crystal Hall»un tikintisi
- NÜSSLI AG, «GMP Architekten» və bizim birgə layihədir. Bu layihəni gerçəkləşdirmək istəyən bir neçə şirkət vardı.

- Rəqibləriniz kim idi?

- Bilmirəm.

- Sizin layihənizi başqalarından fərqləndirən nədir?

- Bilmirəm.

««CRYSTAL HALL» «OPEL», «VOLKSWAGEN» VƏ «FORD»UN QARIŞIĞIDIR»

- Bu yetərincə bahalı layihədirmi?

- Nisbətən. «Lada» maşını alırımsa, mənim üçün ucuzdur, «Volkswagen» bir az ondan bahadır, «Mercedes» nisbətən bahadır.

- Azərbaycan «Mercedes» alır?

- «Opel», «Volkswagen» və «Ford»un qarışığıdır deyək.

- Onda çox bahadır?

- Amma bunun davamiyyəti də uzunmüddətlidir. Baxın «Mercedes» sizin yollarda neçə il sürülür? «Lada»nın isə 2 ilə təkərləri yerindən oynayır.
XS
SM
MD
LG