Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Felgenhauer:"Rusiya tərəfi Azərbaycandan narazıdır"


Pavel Felgenhauer
Pavel Felgenhauer
"Kommersant" qəzetində çıxan yazını Azadlıq Radiosuna Rusiyanın tanınmış hərbi təhlilçisi Pavel Felqenhauer şərh edir.

Azadlıq Radiosu: Məqalədə bir general deyir ki, belə getsə, Rusiya Azərbaycandan gedəcək. Rusiya Azərbaycandan gedərmi?

Pavel Felgenhauer: Rusiya Azərbaycandan getmək istəmir. Ancaq Qəbələ RLS-inə görə 300 milyon vermək də istəmir.

Azadlıq Radiosu: 300 milyon istəyən Azərbaycana Rusiya təsir edə bilərmi? Bilərsə, hansı təsir vasitələri var?

Pavel Felgenhauer: Artıq bu il Cənubi Qafqazda çox şey ola bilər. Qərbin İranla böyük hərbi münaqişəsi tamamilə mümkündür. Onda Rusiya da iştirak etmək istəyə bilər və Cənubi Qafqaz üzərində öz nəzarətini qura bilər.

İndiki şəraitdə Rusiya Ermənistanla əlaqələri gücləndirir.

Rusiya Cənubi Qafqaza daha çox qoşun yerləşdirməyin mümkünlüyünə də baxır, məsələn, Gürcüstanda ABŞ bazalarının yerləşdirilməsinin qarşısını almaq üçün.

Hazırda Rusiyanın regiondakı hərbi hissələrində, 58 –ci orduda döyüş qabiliyyətinin artırılması prosesi gedir.

Əgər İranla müharibə olsa, Rusiya Gürcüstana da qoşun yeridə bilər.

Azadlıq Radiosu: Bəs İranla müharibə şəraiti və ya hərbi münaqişə gərginliyi olmasa, Rusiya Azərbaycana necəsə təsir edə bilərmi?

Pavel Felgenhauer: Belə imkanlar var, ancaq onlar məhduddur.

Bakı üçün əsas Qarabağdır. Ancaq Rusiya Qarabağ məsələsində anti-erməni mövqeyini heç cür tuta bilməz. Və Rusiya hətta Azərbaycan tərəfə meyillənə də bilməz.

Qaz məsələsində Rusiya söz verir ki, Azərbaycanın bütün qazını alacaq. Ancaq aydındır ki, bunu davam etdirmək olmaz, çünki bu, sərfəli deyil.


Qabala radar stansiyası
Qabala radar stansiyası
Qəbələdən getmək isə Rusiyaya sərf eləmir.

Kommersantdakı məqalədə deyilir ki, guya Rusiya getsə, onun yerinə ABŞ gələ bilər, bu, axmaq fikirdir, hərçənd bu fikrə Rusiya hakimiyyəti inanır.

Qəbələ amerikalılara havayı da lazım deyil, çünki Qəbələ RLS-lə Rusiya ABŞ-ın San Dieqo adasındakı hərbi bazasına göz qoyur. ABŞ Qəbələdən kimi izləyəcək? Özü-özünümü?

Qəbələ stansiyası ABŞ-a lazım deyil, Rusiyaya isə lazımdır. Məqalədə adı çəkilən Armavirdəki radiolokasiya stansiyası tikilib qurtarmayıb. Bundan başqa Qafqaz dağları ordan Hind okeanını izləməyə mane olur.

Qəbələ RLS Rusiyaya lazımdır. Ancaq 300 milyon çoxdur, lap çoxdur.

Azadlıq Radiosu: Bəs onda Azərbaycan qeyri-real 300 milyonu istəməklə nəyə nail olmaq istəyir?

Pavel Felgenhauer: Həm Azərbaycan, həm Ermənistan imkan düşən kimi Rusiyanı öz tərəfinə çəkmək istəyir.
Azərbaycan Rusiyaya belə təzyiq etməklə Rusiyanı öz tərəfinə meyilləndirmək istəyir.

Rusiya indiyə kimi Azərbaycanla Ermənistan arasında tarazlığı qoruyur. Heç kimin tərəfini tutmur.

Ancaq indiki şərait bir az başqadır.

İran ətrafındakı vəziyyətdə Rusiya daha çox İran tərəfdə olmalıdır. Ermənistan da İranın tərəfdaşıdır.

Rusiyanın Ermənistanda real hərbi bazası var.

Ona görə Rusiya son vaxtlar Ermənistana meyillənir, Azərbaycana belə deyək, bir az soyuqlaşıb.

Azadlıq Radiosu: Belə çıxır ki, Azərbaycanın istədiyi əslində böyük məbləğ yox, başqa sahələrdə Rusiyadan güzəşt almaqdır?

Pavel Felgenhauer: Burda ticarət elementi var. Ancaq Rusiyanın bunu ödəmək imkanı məhduddur.

Hətta bu yazının Kommersantda çıxmasının özü Rusiyanın güzəştə getmək istəmədiyini göstərir. Çünki bu yazı məlumatın sızdırılmasıdır.

Azərbaycanla danışıq aparan Rusiyanın hərbi və diplomatik dairələri bunu sızdırırlar ki, Azərbaycanın mənfi mövqeyi haqda fikir yaratsınlar.

Rusiya tərəfi danışıqlardan nəinki narazıdır, hətta məlumatın məqsədyönlü sızmasını təşkil edib ki, Azərbaycana əlavə təzyiq yaratsın.

XS
SM
MD
LG