Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:21

Quba etirazlarından sonra ATƏT jurnalistləri qorumağa çağırıb


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic ATƏT ölkələrinə müraciət edib ki, küçə etirazları və nümayişlərı zamanı bu nümayişləri işıqlandıran jurnalistləri qorumaq üçün bu ölkələr fəal tədbirlər görsünlər.

Mijatovicin bəyanatı Azərbaycanın Quba şəhərində küçə etirazları zamanı iki jurnalistin xəsarət almasından sonra verilib.

Mijatovicin bəyanatında deyilir: “Jurnalistə hücum olunmamasını və hadisədən sağ-salamat xəbər verə bilməsini polis təmin etməlidir”.
XS
SM
MD
LG