Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:55

17 mart mitinqində münaqişə gənclərin həbsi ilə başa çatır [Video-Foto]


Gənclərin mitinqi qalmaqalla bitdi
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00
Direct-ə keçid

Gənclərin mitinqi qalmaqalla bitdi

-
17 mart mitinqinin sonuna yaxın «Bulistan» qrupu mahnı ifa etdiyi zaman mübahisə yaranıb. Qrupun üzvlərindən birinin ifasında söyüş səslənib. Aksiyanın təşkilatçılarından olan AXCP fəalları buna etiraz ediblər. Bunun ardınca ifaçı söyüşü prezidentə ünvanlayıb. Nəticədə onların arasında yaranan mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib.

Polis 4 nəfəri saxlayıb. Hələlik onlardan 3-nün kimliyi məlumdur - «Bulistan» qrupunun üzvləri Camal Əli, Natiq Kamilov və «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı.

Əməkdaşımız həmin 4 nəfərdən 2-sini sonradan polis maşınında fiziki xəsarət almış şəkildə görüblər.

Saxlananlar Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılıb.

Hazırda aksiya iştirakçılarının bir qrupu 8-ci polis bölməsinin qarşısındadır.

GƏNCLƏRİN MİTİNQİNDƏ DAVA

GƏNCLƏRİN MİTİNQİNDƏ DAVA

HƏKİM ÇAĞIRILIB

Səbail rayon 8-ci polis bölməsinə təcili tibbi yardım maşını çağırılıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, gənclərin 2-si polis maşınına mindiriləndə, onları sifəti qan içində olub.

Gənclərin yanına heç kim buraxılmır.

İşgəncələr Əleyhinə Komitənin nümayəndəsi də bölməyə buraxılmayıb.

POLİSİN MƏLUMATI

Bakı şəhər Baş Polis İdarəsi 17 mart mitinqi barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən bir neçə müxalif yönümlü gənclər təşkilatlarının iştirak etdiyi mitinqdə 350 nəfərə qədər adam iştirak edib.

Polis ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilmədiyini bildirir.

GƏNCLƏR MƏHKƏMƏYƏ APARILIR

Anar Qasımlı 17 mart məhkəməsindən sonra bunları dedi

Vəkil: "Camal Əlinin üst-başı cırılmışdı"
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid
Gənclər polis bölməsindən çıxarılıb. Saxlananlardan 2-si bir, digəri isə başqa maşına mindirilib.

İlkin məlumatlara görə, onlar Səbail rayon Məhkəməsinə aparılır.

GƏNCLƏR BARƏSİNDƏ İNZİBATİ HƏBS QƏRARI VERİLDİ

Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Anar Qasımlı məlumat verib.

Gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunurlar.

17 MART AKSİYASININ XRONOLOGİYASI

XS
SM
MD
LG