Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:51

Əli Həsənov: «Azərbaycanla İranı bir-birinə qarşı qoymaq istəyirlər»


Əli Həsənov
Əli Həsənov
«Dəfələrlə bəyan etdiyimiz tezisi bir daha təkrar edirik: Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olunmayıb, olmur və olmayacaq».

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəzi qərb mətbuatı və yerli KİV-də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə. Həsənov bunu ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiyalar adlandıraraq, məqsədin ara qarışdırmaq olduğunu bildirib: «İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər.

Bu məsələdə marağı olan ölkələr və dairələr var. Bu marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq, Azərbaycanla İran və digər qonşu dövlətlər - Ermənistan istisna olmaqla, münsibətləri korlamaq heç kimə nəsib olmayacaq».
XS
SM
MD
LG