Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:54

Azərbaycanlı yazıçı Türkiyədə intihar edib


Azərbaycanlı yazıçı Siyamək Səbri Türkiyənin paytaxtı Ankara şəhərində naməlum səbəblərdən intihar edib.

ANN.Az-ın verdiyi xəbərə görə, yazıçı bir neçə gün əvvəl intihar etsə də, bu haqda yalnız indi məlum olub.

Artıq yazıçının bacısı İrandan, qələm dostu Rasim Qaraca isə Bakıdan Ankaraya yola düşüblər.

Siyamək bəy 1973-cü ildə İran Azərbaycanın Culfa şəhərindən dünyaya gəlmiş, ibtidai məktəbi Culfada oxumuş, Təbrizdə yaşamışdır.

Güneydən mühacirət edəndən sonra bir müddət Bakıda yaşayıb. daha sonra təqribən 10 il idi Norveçdə siyasi mühacir olaraq yaşayırdı.

Norveçdə yaşadığı müddətçə bir çox məqalələr yazmış, Bakıda “Norveç yazıları” adlı avtobioqrafik roman çap etdirmişdi.

Mərhum Siyamək bu kitabında mühacir həyatın bir çox problemlərini incələmişdi. Roman böyük maraqla qarşılanıb və yazar üçün böyük perspektivlər vəd etmişdi.

Son zamanlar Norveçdə yaşamaqdan sıxılaraq Türkiyəyə getmişdi. Türkiyədə təhsilini davam etdirmək fikrində idi.
XS
SM
MD
LG