Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Quba hadisələri barədə rəsmi qurumlar yeni məlumat yaydı


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
Quba hadisələri ilə əlaqədar 30 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin aprelin 5-də yaydığı məlumatda deyilir ki, onlardan 12-si həbs edilib, 18-indən isə başqa yerə getməmək haqqında iltizam alınıb.

Məlumatda istintaq zamanı təqsirləndirilən şəxslərə qarşı qeyri-insani rəftara yol verilmədiyi bildirilir.

Qubanın sabiq icra başçısı Rauf Həbibovun qubalılar barədə dediyi fikirlər martın 1-də rayonda etiraz aksiyasına səbəb olub. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Rauf Həbibov vəzifəsindən kənarlaşdırılıb.

Quba hadisələrinin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
XS
SM
MD
LG