Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

İsrail Nobel mükafatçısına qadağa qoydu


İsrail hökuməti 84 yaşlı Nobel mükafatçısı almaniyalı yazar Günter Qrassın ölkəyə daxil olmasına qadağa qoyub. Günter bir müddət öncə “The New York Times”, “Le Repubblica” ve “Sueddeutsche Zeitung” kimi nüfuzlu qəzetlərdə dərc etdirdiyi şeirdə İsraili dünyada sülhünü təhdid etməkdə günahlandırıb.

İsrailin daxili işlər naziri Eli Yisahi deyib: “Günter yalan və iftiralarla dolu olan əsərlərini yaymağa davam etmək istəyirsə, İrana üz tutsun. Orda böyük dəstək tapacaq”.

Günter Qrass 2006-cı ildə yazdığı “Soğanı soyarkən” romanında İkinci Dünya müharibəsində SS (faşist təhlükəsizlik orqanı) döyüşçüsü olduğunu açıqlaması çoxsaylı reaksiyalara səbəb olmuşdu.

Günter Qrassın qalmaqala səbəb olan şeirindən bir parça:

Qocalmışam, mürəkkəbimin axırıdır.
Niyə indi bunları deyirəm?
Nüvə gücüylə İsrail
Dünya sülhünü hədələyir.
Sabah gec olacağından
Bunu indi demək lazımdır.
Çünki bizim Almaniya kimi
Çox günahkar keçmişimiz var.
Bir günaha silah daşıya bilərik
Əvvəlcədən görülən günah şərikliyimizi,
Sonra pis bəhanələrlə silə bilmərik.

kulis.az
"Oxu zalı"nın materiallarından istifadə edərkən istinad vacibdir.
XS
SM
MD
LG