Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

Rafiq Tağının ailəsi istintaqın gedişindən narazıdır


Mərhum yazıçı Rafiq Tağının ailə üzvləri Ağır Cinayətlər üzrə İstintaq İdarəsində olub.

Rafiq Tağının qardaşı İlqar Tağıyev deyir ki, idarəyə bacısı və yazıçının həyat yoldaşı öz təşəbbüsü ilə gedib:

«İşin gedişatı ilə maraqlanmaq üçün, nə təzə məlumat var onu öyrənməkdən ötrü gediblər. Məlum olub ki, heç bir irəliləyiş yoxdur. Heç bir ipucu tapmayıblar. Sanki oturublar, fil qulağında yatıblar. Nə həkimlərin məsuliyyəti məsələsini qaldırırlar yuxarı, nə də ki cinayətin açılması üzrə heç bir real tədbirlər görmürlər».

Yazıçının ailəsi prezident İlham Əliyevə 2-ci dəfə teleqram vurmaq fikrindədir:

«İşdə heç bir yeniliyin olmaması, işə barmaqarası baxılması haqqında yazacağıq».

İlqar Tağıyev bildirdi ki, vəkillə məsləhətləşdikdən sonra, bir neçə gün ərzində teleqram vurulacaq.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də yazar xəstəxanada keçinib.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir, saxlanan yoxdur.
XS
SM
MD
LG