Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Məhkəmə Vüqar Qonaqovun cəzasını dəyişdirmədi


Quba.
Quba.
Apellyasiya Məhkəməsi “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov barəsində seçilən həbs- qətimkan tədbirini dəyişməkdən imtina edib.
V.Qonaqov barəsində həbs qərarını martın 17-də Nəsimi Məhkəməsi çıxarıb.

Jurnalistin vəkilləri həbs qərarının qanuniliyini mübahisələndirməklə yanaşı həbs cəzasının ev dustaqlığı və ya girovla əvəz edilməsi üçün məhkəmədə vəsadət qaldırıblar.

Nəsimi Məhkəməsi aprelin 14-də həmin vəsadəti rədd edib. Bakı Apellyasiya Məhkəməsi aprelin 20-də həmin qərardan verilən şikayətə baxıb. Bu barədə Media Hüququ İnstitutu məlumat yayıb.
Məhkəmə prosesində Vüqar Qonaqov və jurnalistin vəkili Rəşid Hacılı iştirak ediblər. Müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, rayon məhkəməsinin qərarı qanunsuz və əsassız olub.
Həmin qərar V.Qonaqovun Ölkə Konstitusiyasında, qanunlarında, habelə Avropa Konvensiyanda nəzərdə tutulan hüquq və azadlıqlarına müdaxilə təşkil edib. Hüquq pozuntusu törədilməsində şübhəli bilinən şəxsin ibtidai həbs müddətinin uzadılması üçün 4 əsas mövcud olmalıdır: şəxsin gizlənməsi təhlükəsi, şəxsin iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olmaq təhlükəsi, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq zərurəti və ictimai asayişi qorumaq zərurəti. Jurnalistin işində isə bu əsasaların mövcud olduğunu demək olmaz.
Müdafiə tərəfi Nəsimi Məhkəməsinin 14 aprel 2012-ci il tarixli qərarının ləğv olunmasını, jurnalist barəsində seçilmiş həbs tədbirinin ev dustaqlığı və ya girovla əvəz olunmasını xahiş etsə də məhkəmə rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qubadakı Xəyal TV-nin icraçı direktoru Vüqar Qonaqov, eləcə də TV-nin baş redaktoru Zaur Quliyev martın 13-də Quba olaylarının təşkilinə görə həbs olunublar. Qubanın icra başçısının çıxışını lentə alan, internet üzərindən yayan jurnalistlərə buna görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
XS
SM
MD
LG