Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:36

"Azadlıq" qəzeti qol saatı haqda yazısına izah verib


Azadlıq qəzeti yaydığı bəyanatda bildirir ki, prezidentin saatı haqda məlumat Vəfa Cəfərova adlı ictimai fəalın bloqundan götürülüb.
Qəzet bunu çap etməmişdən qabaq bu məlumat elektron informasiya vasitələrində artıq yayılmışdı.
“Azadlıq” qəzeti bildirir ki, o, bu məlumatı yalnız ictimai maraq doğurduğu üçün çap edib, ancaq bundan qabaq prezidentin mətbuat xidməti ilə əlaqə yarada bilməməyinə təəsüf edir.

Azərtac xəbər verir ki, Azərbaycan Prezidentinin mətbuat xidməti “Azadlıq” qəzetini prezidentin qol saatı haqda yalan məlumat verməkdə suçlayaraq 3 gün ərzində üzr istəməklə təkzib verməyi tələb edib. Əks halda məsələnin hüquqi müstəvidə həll olunacağı bildirilir.

Mətbuat xidmətinin məlumatında deyilir ki, “qəzetin 2012-ci il 24 aprel nomrəsində Ilham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə hec bir əsası olmayan, yalan məlumat dərc edilmisdir”.
XS
SM
MD
LG