Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33

Rəhim Əliyevdən "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi gəldi


“Qanun” nəşriyyatı yeni “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi çap edib.

Tənqidçi, filologiya elmləri doktoru Rəhim Əliyevin bu kitabı Mədəniyyət və İncəsənət Universitetində dediyi mühazirələr (2006-2008) əsasında hazırlanıb.

Əsər semiotik filologiyanın elmi prinsipləri əsasında ədəbiyyat nəzəriyyəsi kursu yaratmaq təşəbbüsüdür.

Kitabın orijinal cəhəti nəzəriyyə kursuna ədəbi əsərin təqdimi ilə yanaşı, sözün, obrazın, mifin, yazı dilinin və mətn nəzəriyyəsinin, dilin mənşəyinin izahı ilə bağlı problemlərin də daxil edilməsidir.

Əsər tələbələr, müəllimlər, filosof və dilçilər, nəzəriyyəni öyrənənlər və sevənlər üçün nəzərdə tutulub.
XS
SM
MD
LG