Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Bakıda Gül Bayramı qeyd olunur


Gül Bayramı
Gül Bayramı
Mayın 10-u keçmiş prezident Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Bakıda Gül bayramı qeyd olunur. Polis və mülkigeymli şəxslər bayramın qeyd olunduğu meydanı mühafizə etməkdədirlər. Hələlik parka heç kim buraxılmır. Prezident və ailə üzvlərinin gəlişinə hazırlıq görülür. Ərazidə iş aparan yerli və əcnəbi mütəxəsislərin dediyinə görə, bu dəfə göyə üzərində keçmiş prezident Heydər Əliyevin fotoları olan 3 hava şarı qaldırılacaq.

2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Bu dəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə təsadüf edir.

Hər il dekorasiyaların hazırlanmasına 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox güldən istifadə olunur. Həmin dekorasiyaların hazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edirlər.

Amma gül bayrama nə qədər vəsait xərcləndiyini Bakı Şəhər İcra Hakimiyyəti açıqlamır.

Müstəqil iqtisadçılar bu tədbirin əslində bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.

Ötən illərdə olduğu kimi bu dəfə də bir qrup gənc etiraz aksiyası keçirməyi planlaşdırır. Etiraz edənlər bildirir ki, «10 mayda Azərbaycan xalqının milyonlarla manatı mənasız «Gül bayramı» adı ilə məhv edilir».
XS
SM
MD
LG