Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:44

Rafiq Tağının adı Vaşinqtonda əbədiləşdirilir


Rafiq Tağı
Rafiq Tağı
Azərbaycanlı jurnalist və yazıçı Rafiq Tağının adı Vaşinqtondakı Xəbərlər və
Jurnalistika Muzeyində xüsusi lövhəyə salınacaq. Orada ötən il öldürülmüş 70 jurnalistin adı əks olunan xüsusi lövhə yaradılıb.

Mayın 14-də bu münasibətlə xüsusi mərasim keçiriləcək.

Noyabrın 19-u axşam saatlarında işdən evə qayıdan Rafiq Tağıya yaşadığı binanın yaxınlığında naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı noyabrın 23-də oradaca vəfat edib.

Rafiq Tağı əməliyyatdan sonra İranla bağlı yazdığı yazılara görə hücuma məruz qaldığını istisna etməmişdi.

O, yazılarında vaxtaşırı Azərbaycan hakimiyyətini də tənqid edirdi.

3 uşaq atası olan Rafiq Tağının 61 yaşı var idi.

Siyahıya 2011-ci ildə İraq və Pakistanda öldürülmüş 11 jurnalistin də adı salınacaq.

Bu iki ölkə dünyada jurnalistlər üçün ən təhlükəli yer hesab olunur.
XS
SM
MD
LG