Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Əli Həsənov İrana səsləndi: “Ayıbdır”


Əli Həsənov
Əli Həsənov
"İranda iki azərbaycanlı şairlə bağlı baş verənlər ayıbdır”.

Lent.az-ın verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Əli Həsənov deyib ki, hər birimizin övladının başına belə iş gələ bilər: “Hər məsələdə casusluq axtarmaq düzgün deyil”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, azərbaycanlı iki nəfər İranın xüsusi xidmət orqanları tərəfindən aparılıb: “İran tərəfi bu şəxslərin saxlanılması barədə məlumat vermir.

Biz İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirmişik, onlar da azərbaycanlı şairlərin həbsindən məlumatsızdır. Biz səfirlik və konsulluq xətti ilə həmin şairlərimizin aqibəti ilə maraqlanırıq”.

Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı iki gənc şair İrana gedib. Onların həbs olunduğu bildirilsə də, ölkə rəsmiləri bu məlumatı təsdiqləmir. Onların hazırda harada olması məlum deyil.
XS
SM
MD
LG