Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:07

«Xalq Gəzintisi»ndə saxlananların məhkəməsi başa çatdı [Video]


Polis müxalifətin "gəzinti" aksiyasında kütləvi həbslər keçirdi
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00
«XALQ GƏZİNTİSİ»NDƏ SAXLANANLARIN MƏHKƏMƏSİ BİTDİ

Səbail rayon məhkəməsində mayın 25-də saxlanan İctimai Palata üzvlərinin məhkəməsi başa çatıb.

AXCP üzvləri Təzəxan Mirələmli, Əbülfəs Qurbanlı, Səxavət Mehdiyev və Müsavat Partiyasından Səxavət Soltan 25 manat cərimə olunmaqla azad ediliblər.

Məhkəmədən çıxanlar AzadlıqRadiosuna deyiblər ki, bu gecə onların hamısını 10-15 kvadrat metrlik otaqda saxlayıblar. Bir otaqda təxminən 60-dək adam olub.

AzadlıqRadiosunun əməkdaşı deyir ki, saxlananlardan Səxavət Mehdiyevin qolunda qançır izləri vardı və paltarı da cırılmışdı.

İctimai Palatanın mətbuat mərkəzi xəbər verir ki, aksiya zamanı saxlanılan ADP fəalı Cəmil Hacıyev və AXCP fəalı Elçin Həsənov Səbail Rayon Polis İdarəsində fiziki zorakılığa məruz qalıblar.

«Cəmil Hacıyev başından xəsarət alıb. Onun səhhəti pisləşdiyi üçün gecə saatlarında polis idarəsinə təcili tibbi yardım xidməti çağırılıb. C. Hacıyevin alnı şişib və paltarları cırılıb. Müsavat Gənclər Təşkilatının fəalı Ayxan Hacıbəyli Səbail Polis İdarəsinə aparılarkən avtobusda mülkü geyimli şəxslər tərəfindən döyülüb. A. Hacıbəyli də başından xəsarət alıb».

2 NƏFƏRƏ 6 SUTKA VERİLDİ

«Dalğa» Gənclər Hərəkatının üzvü Pərviz Əzimov, bitərəf Şamil Ağayev, AXCP üzvü Adil Gülməmmədov xəbərdarlıq edilərək azadlığa buraxılıblar.

Beləliklə, indiyədək 2 nəfər 6, 1 nəfər 5 sutka cəza alıb, 12 nəfər isə ya cərimə olunaraq, ya da xəbərdarlıq edilərək azadlığa buraxılıb.

DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİ DƏ MƏHKƏMƏDƏ

ATƏT və Böyük Britaniya səfirliyinin əməkdaşları Səbail rayon Məhkəməsinə gəliblər. Onlar jurnalistlərin suallarını cavablandırmadan məhkəmə binasına keçiblər.

2 NƏFƏR 6 SUTKA ALDI, 1 NƏFƏR BURAXILDI

ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev və AXCP Gənclər Təşkilatının üzvü Dəyanət Babayev 6 sutka həbs cəzası alıblar.

AXCP üzvü Məmməd İbrahim xəbərdarlıq edilərək azadlığa buraxılıb.

KİMİ İŞƏ, KİMİ DƏ PUL TAPMAĞA YOLLANDI

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 20 manat cərimə olunmaqla azadlığa buraxılıb. O, AzadlıqRadiosunun əməkdaşına deyib ki, üstündə bu qədər pul yoxdur.

«Gedim görüm haradan 20 manat tapıram» deyən başqan müavini başqa sualları cavablandıra bilməyib.

Aksiyada saxlanan bitərəf İman Qurbanov xəbərdarlıq edilərək buraxılıb. O tikintidə fəhlə işlədiyini bildirib. Məhkəmədən çıxan kimi işə yerinə yollanıb.

1 NƏFƏR 5 SUTKA ALDI, 6 NƏFƏR AZADLIĞA BURAXILIB

Mayın 25-də saxlananlardan 21 nəfər Səbail Rayon Məhkəməsinə gətirilib. Onlardan 1 nəfər Rövşən Nəsirliyə 5 sutka cəza verilib.

5 nəfər – AXCP üzvləri Tahir Mirzəli, Saqib Qurbanov, Elşən Ağayev, Nihat Hüseynov, Vaqif Xalıqov və müsavatçı Ayxan Hacıbəyli azadlığa buraxılıblar.

Bu haqda məlumatı AzadlıqRadiosuna Nihat Hüseynov verib.

Əməkdaşımız xəbər verir ki, buraxılanlardan Elşən Ağayevin köynəyi cırıq-cırıqdır.

Bu dəqiqələrdə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun da azadlığa çıxacağı gözlənir.

Yerdə qalanların məhkəmə prosesi davam edir.

AXCP-dən AzadlıqRadiosuna bildiriblər ki, ötən gün saxlananları Səbail rayon məhkəməsinə aparıblar.

«SAXLANANLARIN TALEYİNDƏN MƏLUMATSIZIQ»

AXCP Qadınlar Şurasının sədri Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, hazırda Səbail rayon Polis İdarəsində 30-a yaxın adam saxlanır. Lakin onlarla vəkilin görşünə imkan verilmir.

«Bizim onların taleyi barədə məlumatınız yoxdur. Dünən ordan çıxanların məlumatına görə, onları məhkəməyə aparacaqlar».

9 QADIN BURAXILIB

İctimai Palatanin «Xalq gəzintisi»ndə saxlanan üzvlərindən 9 qadın buraxılıb. Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Sərbəst buraxılanlardan İP-nın Qadınlar Şurasının sədri Gözəl Bayramlı deyib ki, su verilmədiyindən saxlananlardan bəzilərinin halı pisləşib.

Onun sözlərinə görə, bir nəfərin vəziyyəti xususilə agırlaşdığından idarəyə təcili yardım çağırılıb. Gözəl Bayramılı deyir ki, hələ də 60-a qədər şəxs Səbail rayon Polis İdarəsinda saxlanmaqdadır...

70-YƏ YAXIN ADAM POLİS İDARƏSİNDƏDİR

AXCP sədrinin müavini Həsən Kərimov deyir ki, saxlanılanlar hazırda Səbail rayon Polis İdarəsindədirlər:

«İçəridə ümumilikdə 70-ə yaxın adam var. Onların 47-si AXCP üzvüdür və adları məlumdur».

Həsən Kərimov bu məlumatı artıq azad olunan Aydın Acalovun verdiyini deyir.

«Azadlıq» qəzetinin fotomüxbiri İslam Şıxəli də sərbəst buraxılıb.

ONLARLA ADAM SAXLANIB

İctimai Palatanın (İP) mayın 25-də Dənizkənarı parkda keçirmək istədiyi «Xalq Gəzintisi»ndə onlarla şəxsin saxlandığı bildirilir.

İctimai Palatanın (İP) Mətbuat Mərkəzindən saxlananların sayının hələ tam dəqiqləşmədiyini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna deyiblər ki, bu barədə bir azdan məlumat veriləcək.
XS
SM
MD
LG