Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:47

ABŞ azərbaycanlıları Bakıya silah satılmasını müdafiə üçün Konqresə müraciət göndəriblər


Arxiv foto: Patriot havadan müdafiə qurğusu
Arxiv foto: Patriot havadan müdafiə qurğusu
-


KONQRESƏ MƏKTUB

ABŞ Azərbaycanlıları şəbəkəsi Konqresə müraciət göndərərk Azərbaycana hərbi avadanlıqlar satılmasına icazə verilməsinə dair Dövlət Departamentinin təklifini dəstəkləyirlər.

Şəbəkə ABŞ, İsrail və Qərbin etibarlı müttəfiqi kimi Azərbaycana sərhədlərini qorumaq üçün hərbi avadanlıqlarla ciddi dəstək verilməsinin gərəkliyi qeyd edilir.

İranın Azərbaycana təhdidlərindən bəhs edən sənəd müəllifləri yazırlar ki, kriminal qruplar Əfqanıstandan Qərbə doğru daşınan narkotik maddələrin İran vasitəsilə Azərbaycana, oradan da qərbə doğru daşımağa çalışırlar.

Bir tərəfdən də Ermənistanın işğalına görə Azərbaycan özünün İranla 661 kilometrlik sərhədinin 132 kilometrinə nəzarət edə bilmir. Bu münaqişədə Azərbaycanın zəiflədilməsi üçün İranın Ermənistanı dəstəklədiyini yada salan müəlliflər qeyd edirlər ki, İranla ticarətə görə bir çox Ermənistan şirkətləri ABŞ hökumətinin sanksiyalarına məruz qalıb.

İranın Azərbaycana qarşı hərbi təhdidlərinin xüsusi vurğulandığı sənəddə yazılır: “Bu mürəkkəb regionda özünün strateji tərəfdaşı olan Azərbaycana dəstək nümayiş etdirmək ABŞ Konqresi və hökumətinin mənəvi borcudur. Bu dəstək suveren, təhlükəsiz və müstəqil Azərbaycanın müdafiəsinə dair bəyanatlar və qətnamələrlə başlamalıdır.

AZƏRBAYCANA BU SİLAHLAR VERİLMƏLİDİR

Həmçinin Azərbaycana Patriot havadan müdafiə sistemləri (PAC3), sərhəd mühafizə avadanlıqları, vertolyotlardan müdafiə sistemləri, komanda və nəzarət vasitələri, başqa müdafiə və sərhəd mühafizə sahəsində hərbi təchizat verilməlidir ki, onun enerji infrastrukturunu müdafiə etmək mümkün olsun.

Bununla da İrana zorbalıq və təhdidlərini dayandırmaq üçün bir mesaj verilmiş olar. Biz öz müttəfiqlərimizə nümayiş etdirməliyik ki, onlarla dostluq və əməkdaşlığı dəyərləndiririk, İrandan gələn təhlükəni gözardı etmirik.”

ERMƏNİ LOBBİSİNİN ƏNDİŞƏSİ

ABŞ-ın Azərbaycana hərbi avadanlıqlar sata biləcəyinə dair xəbərlər keçən həftə yayılıb. Amma hələlik konkret hansı avadanlıqlarda və həcmlərdən söhbət getdiyi məlum deyil.

Bu xəbərdən sonra ABŞ-dakı erməni lobbisi də hərəkətə keçib. Onlar həmin silahların Ermənistana qarşı istifadə oluna biləcəyi iddiası ilə Obama hökumətinə etiraz məktubları göndərirlər.
XS
SM
MD
LG