Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:08

Bakıda NATO etirazı


Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
«NATO beynəlxalq prinsiplərə sayğı ilə yanaşmır».

Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bu fikirdədir. O, bunu iyunun 8-də «Azərbaycan və NATO Əməkdaşlığı Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni perspektivlər» mövzusuna həsr olunmuş beynəlxalq konfransda deyib.

«ERMƏNİSTANA AÇIQ DƏSTƏK GÖRÜRÜK»

Qüdrət Həsənquliyev bu il mayın 20-də Çikaqo Sammitində qəbul edilən bəyannaməyə toxunub. Deyib ki, sammitdə Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə bəyanat verilib. Ancaq ABŞ Dövlət katibi Hillary Clinton Ermənistanda deyib ki, münaqişə güc tətbiq olunmadan, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həll olunmalıdır:

«Ermənistan güc tətbiq edərək bizim torpaqlarımızı tutub. Dünya birliyi bizdən bu faktla barışıb Ermənistana güzəştə getməyi tələb edir. Amma Ermənistandan heç kim tələb etmir ki, bizim torpaqlardan çıxsın. Gürcüstanda bəyanat verilir ki, Osetiya və Abxaziya Gürcüstanın ərazisidir və bu problem Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanla bağlı isə biz belə bir bəyanat görmürük. Biz burada ikili standart və Ermənistana açıq dəstək görürük.
William Lahue
William Lahue
Hesab edirəm ki, bu tip tədbirlər cəmiyyətdə yanlış olaraq fikir formalaşdırmamalıdır ki, guya NATO beynəlxalq prinsiplərə sayğı ilə yanaşır. Mən şəxsən belə bir sayğı görmürəm».

«SİLAH SATMIRLARSA, ORDUNU NECƏ GÜCLƏNDİRMƏK OLAR?»

Qüdrət Həsənquliyev bildirib ki, NATO-nun Azərbaycan silahlı qüvvələrində islahat aparmasında məqsəd ordunun gücləndirilməsi olmalıdır:

«Lakin NATO ölkələri Azərbaycana silah satmırlar. Silah satmırlarsa, ordunu necə gücləndirmək olar?!».

NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi William Lahue silah satışına dair iradlara münasibət bildirib. Onun fikrincə, reallıq budur ki, ordunun gücü onun silah sistemindən deyil, əsgərlərinin bacarığından asılı olur:

«Yəni silahlı qüvvələr necə işləyir, necə təşkil edilir? Necə təlimatlandırılır?
Fazil Mustafa və Zahid Oruc
Fazil Mustafa və Zahid Oruc
Əməliyyatlarda hansı hərbi doktrinalardan istifadə edilir?».

«NATO BİZİM ÜÇÜN TƏHLÜKƏSİZLİK ÇƏTİRİDİR»

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvü Zahid Oruc isə NATO-nu təhlükəsizlik çətirinə bənzətdi və bildirdi ki, NATO-ya Cənubi Qafqazda çox ehtiyac var:

«İran ətrafında beynəlxalq koalisiyanın təzyiqi artdıqca, biz də Cənubi Qafqazda bu gərginliyi hiss edirik. Regionda gərginlik artıb. İran Azərbaycanda Qərbi, Amerikanı və İsraili axtarmaqla məşğuldur və terror hədələri əvvəlkindən daha intensiv şəkildə insanların diqqətinə çıxır. İran Qərbə qarşı müharibəni sanki Azərbaycandan başlamaq istəyir. Azərbaycan əvvəlkindən daha artıq Qərbin, Amerikanın köməyinə, NATO-nun real dəstəyinə ehtiyac duyur. Bu, sadəcə Azərbaycan maraqlarının yox, birbaşa Qərb maraqlarının müdafiəsidir».

Michel Duray
Michel Duray
Zahid Oruc həmçinin Əfqanıstandan çıxarılacaq qoşunların növbəti istiqaməti ilə maraqlanıb. O deyib ki, Azərbaycan üçün hazırda maraqlı olan konfliktlərin həlli növbəsinin Cənubi Qafqaza gəlib-gəlməyəcəyidir.

Brüsseldən konfransa qoşulan NATO Baş Qərargahının İctimai Diplomatiya Bölməsinin Əməkdaşlıq İdarəsinin rəhbəri Michel Duray suallara cavab verdi:

«Çikaqodan açıq-aşkar mesaj verdik ki, NATO-nun koalisiyasının qoşunları Əfqanıstanı tərk edəcək. Mən bildirmək istəyirəm ki, Azərbaycanın NATO ilə əməkdaşlığı bizim üçün çox vacibdir. Azərbaycanın Cənubi Qafqazda rolu çox önəmlidir».
XS
SM
MD
LG