Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Rusiya Qəbələ RLS-in tutduğu ərazinin azaldılmasını xahiş edə bilər


Qəbələ RLS
Qəbələ RLS
İcarə haqqını azaltmaq üçün Rusiya Qəbələ RLS-in tutduğu ərazinin azaldılmasını xahiş edə bilər. Bunu Rusiyanın müdafiə naziri Anatoly Serdyukov iyulun 5-də jurnalistlərə deyib.

Xəbəri Rusiyanın «Russia Today» televiziyası yayıb.

Rusiya Qəbələ RLS-i modernləşdirmək istəyir. Ancaq Moskva və Bakı yeni müqavilənin şərtlərini razılaşdıra bilmədiyindən bu kompleksin gələcəyi şübhə altındadır.

«Rusiyanın Müdafiə Naziri və Azərbaycanın baş nazirinin müavininin rəhbərliyi ilə qruplar yaratmışıq», Serdyukov Kalininqradda azərbaycanlı həmkarı Səfər Əbiyevlə danışıqlardan sonra bildirib. Burada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının görüşü keçirilib.

«Təkliflərimizi göndərmişik və cavab gözləyirik», Serdyukov belə deyib.

«DANIŞIQLARIN DETALLARI NÖVBƏTİ AYLARDA ÇÖZÜLƏCƏK»

Rusiyanın «Kommersant» qəzeti fevralda yazıb ki, Azərbaycan RLS üçün Rusiyadan 300 milyon dollar istəyir. Bundan əvvəl isə icarə haqqı 7 milyon dollar idi. Moskva 2025-ci iləcən icarə müddətini uzatmaq istəyir.

Serdyukov bildirib ki, Rusiyanın icarəyə götürdüyü ərazinin azaldılmasına dair danışıqların son detalları növbəti aylarda çözüləcək.

«Bu iş davam edir. Nəticələri öncədən demək düzgün olmadı».

Qəbələ RLS Rusiyanın havadan müdafiə sisteminin əsas hissəsi hesab olunur. Rusiyanın cənubundan gələn təhlükə barədə xəbərdarlıq etmək məqsədi daşıyır.

2007-ci ildə Moskva Birləşmiş Ştatlara təklif edib ki, Qəbələ RLS-dən Avropadakı raketdən müdafiə sisteminə alternativ kimi istifadə olunsun. Ancaq Vaşinqton bu planı rədd edib.
XS
SM
MD
LG