Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:00

“Bakcell” bu il Milli Kitab Mükafatında yenilik edəcək


“Bakcell” mobil rabitə şirkəti yenidən Milli Kitab Mükafatının (MKM) baş sponsoru oldu.

Şirkət yaydığı açıqlamada bildirir ki, qaliblər bu il də 3000 (1-ci yer), 2000 (2-ci yer) və 1000 (3-cü yer) manat məbləğində mükafat alacaq, eləcə də, şeir və uşaq ədəbiyyatı üzrə nominasiyalar təsis olunacaq.

MKM-2012 bu il daha bir yeniliklə seçiləcək. Qalib əsərlər ənənəvi kitab formatından əlavə həm də elektron kitab formasında çap olunaraq bütün elektron və mobil cihazlar vasitəsilə oxuna biləcək.

“Bakcell bildirir ki, Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına dəstək göstərməyi özünün vacib missiyası hesab edir:

“Ötən il Milli Kitab Mukafatının qalibləri müəyyən olunarkən biz elan etmişdik ki, bu gün internet vasitəsilə təhsilin geniş vüsət aldığı bir dövrdə elektron kitablara tələbat artmaqda davam edir və biz bu prosesə öz töhfəmizi vermək niyyətindəyik. İndiyə qədər Azərbaycan dilində çox az sayda kitabları elektron formatda əldə etmək olardı. Bunu nəzərə alaraq, biz Azərbaycan ədəbiyyatının rəqəmsal infrastrukturunun təbliğatına dəstək göstərməyi qarşımıza məqsəd qoyduq və verdiyimiz vədi yerinə yetirdik”.

MKM-in təsisçisi Nigar Köçərlinin sözlərinə görəsə, bu il Mükafatın nizamnaməsində və münsiflər heyətinin tərkibində bəzi dəyişiklər olsa da, ümümi konsepsiyası dəyişilməzdir:

“Bu, bir “körpü” konsepsiyasıdır. Gənc və yaşlı, azərbaycandilli və rusdilli, müxtəlif ədəbi cərəyanları, Bakı və bölgə yazıçılarını birləşdirən bir körpüdür”.
XS
SM
MD
LG