Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Heydər Əliyev Mərkəzindəki yanğına görə 3 nəfər saxlanıb


Heydər Əliyev Mərkəzində yanğının səbəbi açıqlandı
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Heydər Əliyev Mərkəzində yanğının səbəbi açıqlandı

-


Heydər Əliyev Mərkəzindəki yanğına görə tikinti işlərini aparan “DİA Holdinq” və onun subpodratçı şirkətinin 3 əməkdaşı həbs edilib. Bu barədə Baş prokurorluğa istinadən iyulun 23-də Azərtac məlumat yayıb.

Rəsmi xəbərdə qeyd olunur ki, mərkəzdə tikinti-tamalanma işlərini yerinə yetirən holdinqin mühəndisi Kaya Ümit Ruşen və subpodratçı “Treysan” firmasının iş icraçısı Şimşək Vedat və Karahan Ömər Şərif barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) ittiham olunurlar. İşin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsi aparır.

Bu ittihamlar sübut olunsa, onlar 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər. Hələlik prokurorluğun rəsmi məlumatında adı çəkilən şəxslərin yaxınları, ya da vəkillərinin bununla bağlı hər hansı reaksiyaları məlum deyil.

Baş Prokurorluğun məlumatında deyilir ki, holdinqin mühəndisi Kaya Ümit Ruşen və subpodratçı “Treysan” firmasının iş icraçısı Şimşək Vedat “Treysan” firmasının qaynaqçısı Karahan Ömər Şərifə qanunsuz göstərişlər veriblər:

“Ö. Karahanın həmin qaydaların tələblərini pozmaqla elektrik və qaz qaynağı aparatlarını muzeyin tavanında panellərin arasına qaldırıb. Iyulun 20-də orada qığılcımlar üçün qoruyucu örtük, lövhə yaratmadan qaynaq işləri aparması nəticəsində həmin gün saat 11:30-da Mərkəzin muzey hissəsinin tavanında onun fəaliyyətinin pozulması və digər ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş vermişdir” deyə məlumatda qeyd edilir.

Hazırda cinayət işi üzrə Mərkəzdə görülən işlər zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirməli olan məsul şəxslərin müəyyənləşdirilməsi və digər istiqamətlər üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Iyulun 20-də baş verən yanğın Mərkəzin tavanında 1000 m2 sahəni əhatə edib.

Mərkəzin inşasına 2007-ci ildən başlanıb, 2012-ci il mayın 10-da – Heydər Əliyevin 89 illik yubileyi münasibəti ilə açılışı olub. Tikintisinə müxtəlif illərdə 251 milyon manatdan artıq vəsait xərcləndiyi bildirilir. Açılışdan sonra da Mərkəzdə son tamamlanma işləri aparılıb.

Yanğının vurduğu ziyanın məbləği haqqında rəsmi məlumat yoxdur.
XS
SM
MD
LG