Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

Siz ey bataqlıqlar taxtının qurbağasifət hökmdarları!


-

Arazın o tayından


Türkan Urmulu


ŞEİRLƏR


***

Nə bir kağaz imzaladıq birlikdə
nə bir ayə oxundu
o kutsal kitabın hükümlərindən
məhrəmiyətimizə dair
şahidlərin məhzərində

adım yazılmadı
ərkəklik kimliyinin namus səfhələrində
bilirəm

ağıllı qadınam mən
sezirəm
görürəm
mən sənin heç bir zaman
heç bir kəsin olmadım
olmayacağımı da
çox yaxşı bilirəm!

yanlız
sevgimi?
sevdamı?
Tutlduğum o çılğın şeyin adı?
Bilməyirəm ...
düştü gözlərindən canıma
dəp dəli bir doluluq!
deyirlər yanlış
sonu boşluq!
duymayıram ...

çünkü həyatımın tək gərçək sözcüyü
sən!
varsın suçlasınlar məni
dışlasınlar
daşlasınlar
razıyam
axı səndən vaz geçmənin yollarını mən
nə bilirəm
nə də bilmək istəyirəm ...


***


Soruşmayın
Səsszilikdir yanlız bu hikayənin adı
Məndən də çarəsizdir çünkü
əlindən sigarası düşməyən
o ucaboylu adamın
kədərli sevdası

soruşmayın
sonsuzluqdur yanlız bu hikayənin adı
məndən də çarəsizdir çünkü
gözlərinin hüznünə dalıb gettiyim
o çılğın
o yorğun
o sevda soylu adamın
sehirli sevdası


***


Ikimiz də sezmişdik əslində
Sonradan eşq ola bilən
O adsız duygunun gizəmini
Eşq dediyin nədir ki?
Sən ən yaraşıqlı ərkək
Mən isə ən gözəl qadın olduqdan sonra ...
Göz gözə baxıb
Öpüşmək
Yaşamaq
cəsarət istərdi ancaq ...
Çaxırın belə bizə verəmədiyi bu cəsarətin suçlusu
Səncə eşqmiydi genə də?
Təbii bütün günahlar onundur
ən məsum varlığın!
Bizsə düzgün həyatın qəhrəman insanları
Heç bir kərə denədikmi qorxaqlığın gərçək etirafını?!


***


Sən kimsən?
Istərsə bütün şəhər
Desin
Danışsın qusurlarını
Elin ağzi ilə sevmədim ki
Elin ağzi ilə buraxam səni
Sən mənimsən


***


Bilgisayarda əski bir mahnı
Titrək şam ışığı ilə
Ayı ulduzu umurumda olmayan
Büs bütün mənim olan bir gecə …
Sənsizliyi möhtəşəm yaşıram bəyim
Yerin boş


***


Sevgi toxumunu ürəyimə
bir baxışınla əkdin
sonra da getdin
gəbə qaldı yalnız ürəyim
bilmədin!
yeriklədim dodaqlarına
yeriklədim əllərinə
yeriklədim gülüşünə
baxışına
səsinə
yeriklədim
yeriklədim
yeriklədim
gecəler boyu ərkək qoxuna
nəfəsinə ...
bilmədin!
dəfələrcə qusdum
bulandım
yoruldum
gündən günə ağırlaşdım
hərdən də bir yıxıldım
amma qalxdım
çünkü söküb ata bilmədim ürəyimdən
qıya bilmədim ona
o ən məsum yasağıma!
nəysə qərarliyam mən
toxunmayacayam ona
qalsın dursun elə orda
mənə haram olsa da
onu doğammasam
qucağıma alammasam da...


***


Nə əsrinizin filosofunun
ən yeni kitabını sunun
mənim bu qorxunc yanlızlığıma!
Nə də rəngli qədəhlərlə şaqqıldayan
Təntənəli bir əyləncəyə çağırın
Yorulmuşam
Həm bütün dərin görünən anlamları anlamaqdan
Həm də anlamsızlıqlara anlam verməyə çalışan
Bom boş ışıltılardan
Özləmişəm yanlız
Genə şairliyim ön pilanda
Məni sevən varsa aranızda
Bir baxış gözlərindən günəş gətirin lütfən
Bir sətir də yağış
Səsindən
Sözlərindən
Bir toxunuş da torpaq
əllərindən
Möhtəşəm yetər
Artıq yaşaram mən ...


***


Nə onun
gözlərindəki ulduzları görə bilərsiniz
qap qaranlıq gecəyə bulanmış baxışlarınızla ...
nə də
əllərindəki yaşam günəşinin sıcaqlığına
yaxınlaşmaq cəsarəti var
o soyuq qorxaqlığınızda ...

anlayıram sizi
sizi ey bataqlıqlar taxtının qurbağasifət hökmdarları!
yerləşdirin bellərdən aşağı
haydi utanmayın
yerləşdirin tülkü kimi
gizli gizli kameralarınızı
bəlgələyin düşüncələrinizin odaq noqtasını
göstərin bütün dünyaya üzünüzün qarasını !!!

cumun
boğulun
boğulun
bir daha boğulun ...

oooooh yaşasın özgürlük
nəfəs almaq
yaşamaq
yaşatmaq
ışııııq
ışııııq
durmadan
usanmadan
ışıq saçmaq ...
XS
SM
MD
LG