Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Naxçıvan bələdiyyəsi yeni vəzifələr ərəfəsində


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 15 may 2012. sayı: 91 (20.496)



ŞƏRURDA BİRİNCİ RÜBÜN YEKUNLARI UĞURLUDUR

2012-ci ilin birinci rübünün yekunlarının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də Şərur rayonunun iqtisadiyyatında yüksək nəticələr əldə olunacaqdır. Rayonda «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası uğurla davam etdirilir. İqtisadiyyatda əldə olunan göstəricilər makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2012-ci ilin birinci rübündə rayonda ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmi 15 milyon 568,3 min manat, əvvəlki ilin eyni dövrünə nisbətən 8,1 faiz çox, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 5 milyon 776,9 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 7 milyon 513,5 min manat təşkil edib.

NAXÇIVAN BƏLƏDİYYƏSİ YENİ VƏZİFƏLƏR ƏRƏFƏSİNDƏ

Bəzən bələdiyyə deyəndə sakinlər arasında hansısa mübahisəli məsələnin həll edilməsi, yaxud da müəyyən işlərin görülməsinə qadağalar tətbiq edən bir inzibati təşkilat başa düşülür. Seçkili yolla xalqın özünüidarəetməsi institutu haqqındakı belə təsəvvürlər sakinlərin hər cür müraciətlərinə baxan, ərazisindəki mövcud problemləri hamıdan yaxşı bilən bir qurum haqqında kifayət qədər informasiya qıtlığı olduqda, onun imkanlarından və səlahiyyətlərindən lazımınca istifadə edilmədikdə yaranır.
...Naxçıvan bələdiyyəsi yarandığı ilk gündən başlayaraq sakinlərin gündəlik qayğıları ilə maraqlanmış, imkanları daxilində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy göstərmişdir. Son dövrlər bu və ya digər ərazidə abadlıq və təmizlik işlərinin aparılması, bu məqsədlə sakinlərlə vaxtaşırı maarifləndirici görüşlərin təşkili intensiv hal almışdır.
Yeri gəlmişkən qeyd edək ki, Naxçıvan bələdiyyəsi muxtar respublikamızda reklam işinin təkmilləşdirilməsi ilə bağlı son dövrlərdə aparılan tədbirlərdə yaxından iştirak edir.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Əmək adamları torpağa üz tutublar
- Dövlətin sahibkarlığa olan qayğısının bəhrəsi
- Solmaz rənglər ustası
XS
SM
MD
LG