Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:53

Sayman Aruz. Yollanır gözlərim, səni görməyə...


-

Yollanır gözlərim, səni görməyə,
Az qalıb azdıra, yolunda qalam.
Sənin görməyinə, pəncərə, baxış,
Sənin gəlməyinə, qapılanmışam.

Indi mən kərpicəm, divaram, daşam
Buyur içərimə, otaqlanmışam
Mebellər, xalçalar, indi mənəm, mən,
Uzan üzərimdə, yataqlanmışam!

Indi mən Fərhadam,amma dağda yox
Telfonda özümü, sənə qazmışam
Gördüm ki çatmayır bu yollar sənə
Özümü səninçün, mesaj yazmışam

Indi mən günəşəm, üzü sop-soyuq
Girdə bir dünyaya yasaqlanmışam.
Indi mən dənizəm, çayam, bulağam,
Sənin toprağında, batıb qalmışam!
XS
SM
MD
LG