Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:43

Günel Şamilqızı. Quyu


-

Quyu

Bu quyunun suyu yoxdur,
Bu quyunun dibi dərin.
Yollanası səmti qalmaz
Göyə baxar ümidlərin.
Içində gecə də qara,
Içində gündüz də qara.
Səsi batmış bədbəxt adam,
Səni burden kim çıxara?
Axtarma kim itələyib,
Nə üçün bura düşmüsən?
Hələ tam dibdə deyilsən,
Qaranlığa ilişmisən.
Sual vermə yorularsan,
Üzülərsən ağlın azar.
Düşdükləri quyuları
Insanlar özləri qazar.
Yaman gec başa düşmüsən,
Doğulandan buradasan.
Yaşamaq istəyirsənsə,
Yaddan çıxart haradasan.

kult.az
XS
SM
MD
LG