Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Əvvəllər çörək növbəsinə, indi isə xaricdə ailəvi istirahətə tələsən naxçıvanlılar...


Arxiv foto
Arxiv foto
-
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 30 may 2012. sayı: 99 (20.504)


NAXÇIVANŞÜNASLIQ MƏRKƏZİ ÜÇÜN BİNADA YENİDƏNQURMA İŞLƏRİ APARILIR

Ötən ilin mart ayında yenidən qurulmasına başlanılan obyektlərdən biri də Naxçıvanşünaslıq Mərkəzi üçün nəzərdə tutulan binadır. Şəhərimizin Nizami küçəsində yerləşən binada «Dizayn» Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidənqurma işləri davam etdirilir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq tikilinin özülünün daha da möhkəmləndirilməsi üçün qazıntı işləri aparılmış, döşəməyə beton tökülmüş, zirzəmi divarları rütubətə qarşı izolyasiya olunmuş, binanın dam örtüyü dəyişdirilmişdir. Bina daxilində isə işlər, əsasən, yekunlaşdırılmışdır.

Binanın zirzəmisində anbar, qazanxana, qarderob, yeməkxana yerləşdiriləcək. Birinci mərtəbədə komplektləşdirmə, xidmət, elmi-metodiki, kitabişləmə-kataloqlaşdırma şöbələri üçün otaqlar yaradılacaq. İkinci mərtəbədə isə arxiv, anbar, mərkəzin elmi işçiləri üçün otaq, kitabsaxlama fondu, oxu zalı olacaq.

İQTİSADİ İNKİŞAFIN YÜKSƏLİŞ MƏRHƏLƏSİ

İnsan amilinin ön plana çıxarıldığı iqtisadi inkişaf yolunda olan Naxçıvan təhsildə və mədəniyyətdə, səhiyyə və turizmdə, sənaye, kənd təsərrüfatı, rabitə, nəqliyyat, energetika, xarici ticarət, bir sözlə, ictimai-iqtisadi həyatın bütün sahələrində passiv «gözləmə» mövqeyindən çıxıb, tələb formalaşdırmaq səviyyəsinə çatmışdır. Naxçıvanda özəl sektor inkişaf etdikcə adamlar səriştəli idarəetmənin əhəmiyyətini hər keçən gün daha da aydın görürlər. Əvvəllər səhər tezdən çörək mağazasına, ya da ki, hava limanına növbə tutmağa tələsən naxçıvanlı indi turizm agentliyində xaricdə ailəvi istirahət üçün göndəriş almağın təlaşındadır. Daşı, sementi özündən olan yerli sənətkar indi Naxçıvan şəhərində, rayon və kənd mərkəzlərində neçə - neçə yaraşıqlı fərdi mənzillər, inzibati binalar, məktəb və uşaq bağçaları tikilir. Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı özünü yüksək nəticələr verən, yeni texnologiyaları mənimsəmiş gənclərin qabaqcıl intellektual səviyyəsində göstərir. Naxçıvan şəhəri artıq idman və mədəniyyət mərkəzi, beynəlxalq simpozium və görüş şəhəri kimi tanınır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Badamlı müasir Azərbaycan kəndidir
- Sağlamlıq imkanları məhdud ailənin əkiz uşaqları dünyaya gəlib
- Şərurda yeni istehsal müəssisəsi yaradılır
XS
SM
MD
LG