Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:11

Dünya tarixində ən dəhşətli qatar qəzaları


2004-cü ildə Şri-Lankada baş vermiş sunaminin apardığı qatarın vaqonu
2004-cü ildə Şri-Lankada baş vermiş sunaminin apardığı qatarın vaqonu
-

Dünya tarixində ən dəhşətli qatar qəzaları

1.

2004
Şri-Lanka
1700 ölü


2004-cü il, dekabrın 24-də Hind okeanında baş vermiş zəlzələ sunami yaradır. Şri-Lankada sahilə yaxın dəmir yolu xətti də su altında qalır. “Dəniz kraliçası” adlanan qatar suyun içində dayanmağa məcbur olur. Yaxınlıqda yaşayan yüzlərlə sakin də təhkükəsiz yer bilib qatarın vaqonlarına, banına dırmaşmağa başlayırlar. Amma sunaminin ikinci dalğası qatarı çevirib aparır. 1700 nəfər ölür. Ölənlərin əksəriyyəti qapıları aça bilməyib vaqonda boğulanlardı.

2

1981
Hindistan, Bihar ştatı
800-1000 ölü


1981-ci il iyunun 6-da sərnişin qatarı körpünün üstündə relsdən çıxır və Baqmati çayına düşür. Sudan yalnız 200 meyiti çıxarmaq mümkün olur.

3

1917
Fransa
600-1000 ölü


1-ci Dünya Müharibəsi zamanı - 1917-ci il dekabrın 12-də normadan artıq yüklənmiş və 800-1000 arası fransız əsgərini daşıyan qatar Fransanın cənubunda – Modane yaxınlığında qəzaya uğrayır.

Əyləc sistemi sıradan çıxmış qatar dərəyə düşür. Qəza zamanı yanğın da baş verdiyindən ölənlər arasında yalnız 425-nin şəxsiyyətini müəyyən etmək mümkün olur.

4

1917
Rumıniya
600-1000 ölü


1-ci Dünya Müharibəsi zamanı yaralı rus əsgərləri ilə dolu qatarın əyləc sistemi Rumıniyada – Ciurea dəmir yol stansiyasına enərkən sıradan çıxır. Maşinistlərin sürəti azaltmaq cəhdləri nəticə vermir və üzü aşağı hərəkət edən qatarın sürəti getdikcə artmağa başlayır, stansiyada eyni xətdə dayanmış qatarla toqquşmaq təhlükəsi yaranır. Maşinist qatarı digər xəttə keçirmək istəyəndə isə qatar aşır, yanğın baş verir...


5

1915
Meksika
600-dən çox ölü


Meksika inqilabı zamanı - 1915-ci il yanvarın 22-də inqilab lideri Venustiano Carranza-ya sadiq əsgərlərin ailələri qatarla Colima-dan Guadalajara-ya yola düşürlər. 20 vaqonun hamısı ağzınacan dolu idi. Əyləcin sıradan çıxması nəticəsində qatar relsdən çıxıb dərəyə düşür. 900 nəfərdən yalnız 300-ü sağ qalır. Qəzada ailəsini itirmiş əsgərlərdən bəziləri bəd xəbəri alandan sonra intihar edir...

6

1989
Rusiya, Ufa
575-645 arası ölü


Bu, SSRİ tarixində ən dəhşətli qatar qəzasıdır. Maye qaz kəməri sızdığı üçün dəmir yolu ətrafında oda həssas duman yaranır. Bir-birinin yanından keçən iki qatarın təkərlərindən çıxan qığılcım partlayışa səbəb olur. Qatarlardan biri məktəbliləri Qara dənizə istirahətə aparırmış, digəri isə ordan gətirirmiş. Baş verən partlayış 300 ton TNT ekvivalentində idi...

NTV kanalında qəzanın rekonstruksiyası

7

1944
İtaliya
426 ölü


2-ci Dünya Müharibəsi zamanı – 1944-cü il martın 2-də Balvano yaxınlığında tuneldə ilişib qalan qatarın sərnişinləri mühərrikdən çıxan tüstüdəki karbon-monoksiddən zəhərlənib ölürlər.

Buna aşağı keyfiyyətli daş kömür səbəb olur. Müharibə zamanı yüksək keyfiyyətli daş kömür qıtlığı vardı.


8

Torre del Bierzo yaxınlığında qəza
Torre del Bierzo yaxınlığında qəza
1944
Ispaniya
500-dən çöx ölü


1944-cü il yanvarın 3-də Torro del Bierzo yaxınlığında tuneldə 3 qatar toqquşur. Siyasi səbəblərə görə o zaman hökumət ölü sayını xeyli az göstərmişdi: 78 nəfər...

9

1985
Efiopiya
428 ölü


Qatar çox yüksək sürətlə hərəkət etdiyi üçün relsdən çıxır, 5 vaqondan 4-ü dərəyə yuvarlanır. Sərnişinlərin təxminən yarısı ölür, daha 500 nəfər yaralanır.

Bu, Afrika tarixində ən ağır qatar qəzasıdır.


10

2002
Misir
Azı 383 ölü


Yemək bişirmək üçün qaz balonunun partlaması nəticəsində qatarda yanğın başlayır. Ağzınacan dolu olan qatarın 7 vaqonu yanır.

Bir çoxu biletsiz olduğu üçün sərnişinlərin ümumi sayı sonacan bilinmədi. Ona görə ölü sayının 383-dən çox olduğunu deyənlər də var.
XS
SM
MD
LG