Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

Müzəffər Şükür Məchul. Şeirlər


-


* * *



Haq­qın əzəl car­çı­sı­yıq,

Ya­ran­dıq bir an için­də.

Adəm oğ­lu Nuh­dan bə­ri

Qal­mı­şıq tu­fan için­də.



Cis­min ne­çə su­rə­ti var,

Qə­za gü­nü həs­rə­ti var.

İla­hi mə­həb­bə­ti var

Hər ağ­lar ka­man için­də.



De­di­lər ba­qi­dir dün­ya,

Rö­ya için­də bir rö­ya,

Bi­zi al­dı­lar ara­ya

Bir son­suz ür­fan için­də.



Ki­mi qan­dı, ki­mi qal­dı,

Qan­lı yar­paq ki­mi sol­du.

Qa­zan­cı­mız hə­yat ol­du,

O da ki, zin­dan için­də.



Ey Məc­hul Mü­zəf­fər Şü­kür,

Ya­ran­mı­şam, bu­na şü­kür!

Şey­tan gə­lib bo­yun bü­kür

Sən­də­ki iman için­də!



* * *



Ömür bir duy­ğu­dur baş­dan, bi­na­dan,

Duy­ma­san da get­di, duy­san da get­di!

Ça­lış­dıq daş qo­yaq bir da­şın üs­tə,

Qoy­ma­san da get­di, qoy­san da get­di!



Hə­yat­da güc ver­dik ka­ğız-qə­lə­mə,

De­dik bir son qo­yaq dər­də, ələ­mə,

Nə gör­dük car çə­kib yay­dıq alə­mə,

Yay­ma­san da get­di, yay­san da get­di!



Şah ol­duq, gü­nah­sız göz­lə­ri oy­duq,

Tu­tub di­ri-di­ri şa­i­ri soy­duq.

Nə bez­dik, nə də ki dün­ya­dan doy­duq,

Doy­ma­san da get­di, doy­san da get­di!



Ömür bir mən­zil­dir kipr­ik­dən qa­şa,

Kə­nar­dan ba­xan­da çox gə­lir xo­şa.

Bir çö­rək qıy­ma­dı qar­daş qar­da­şa,

Qıy­ma­san da get­di, qıy­san da get­di!



Məc­hul, har­da qoy­dun toy-dü­yün­lə­ri,

Ba­tan ha­ray­la­rı, itən gün­lə­ri?

Adəm­dən bu yana say­dın gün­lə­ri,

Say­ma­san da get­di, say­san da get­di!



* * *



Ba­ğa gir­sən gül­şən ax­tar, gül ara,

Seç kön­lün­cə, ya­şıl sə­nin, al mə­nim!

Sel-sel ol­du dər­dim dağ­lar ba­şın­da,

Heç gəl­mə­di ha­ra­yı­ma yal mə­nim!



Du­man gör­düm, bir ah çək­dim də­rin­dən,

Dərdli dağ­lar tər­pən­mə­di ye­rin­dən.

Ümid­lə­rim qop­du bi­ri-bi­rin­dən,

İt­di qan­lı göz­lə­rim­dən yol mə­nim!



Kö­nül yet­məz Köv­sər su­yu iç­mə­yə,

Öy­rəş­mə­dim qür­bət el­lər seç­mə­yə,

Yol tap­ma­dım dər­ya­lar­dan keç­mə­yə,

Qar­şım­da­dır bə­rə mə­nim, sal mə­nim!



Tü­kən­məz­dir can­da kö­nül aza­rı,

Son gü­nü­nü ya­da sa­lıb ha za­rı,

Dil açar­mı hər dərdli­nin mə­za­rı,

Məc­hul ey­lər dil­lə­ri­mi lal mə­nim!



* * *



Na­mərd qol­la­rı­mı bağ­la­dı get­di,

Ha­ray, qo­lu bağ­lı qal­dım dün­ya­da!

Üzü­nü dön­dər­di kor bay­quş ki­mi,

Ki­mə ki mey­li­mi sal­dım dün­ya­da!



Zül­mət­lər için­də bağ­rım ya­rıl­dı

Ru­hu­ma ilan­lar yer-yer sa­rıl­dı!

Düş­mən­lər di­ril­di, dostlar qı­rıl­dı,

Bu dərdli hik­mə­tə dal­dım dün­ya­da!



De­dim bu duy­ğu­suz ca­ha­na he­yif,

Yox­du gü­man ye­ri, gü­ma­na he­yif,

Bur­da lə­kə­lən­miş ima­na he­yif,

Ay­rı­lıq sa­zı­nı çal­dım dün­ya­da!



Məc­hu­lam, gül­şə­nim bül­bül ye­tir­miş,

O da nəğ­mə­si­ni əf­sus, bi­tir­miş.

Ağ­lım qa­zan­mış­sa, ca­nım itir­miş,

Heç nə ver­mə­di­lər, al­dım dün­ya­da!



* * *



Əsən kü­lək, əs­mə be­lə,

Öm­rüm dü­şər bu­da­ğın­dan.

Yox­sa qo­par­maq is­tər­sən

Mə­ni bu şər bu­da­ğın­dan?!



On­suz da qəd­dim bü­kü­lür,

Dün­ya­nın qa­tı sö­kü­lür.

Gün­də min yar­paq tö­kü­lür

Dərdli bə­şər bu­da­ğın­dan!





Üs­tün­də gəz­di­yim yol­lar

Xə­ya­lın­dan mə­ni tul­lar.

Gün gə­lər ki, çox Məc­hul­lar

Səs­siz aşar bu­da­ğın­dan!



* * *



Çox gü­vən­mə bu dağ­la­rın da­şı­na,

Ge­dək, kö­nül, bi­zim dağ­lar de­yil bu!

Mə­həl qoy­mur göz­lə­ri­min ya­şı­na,

Ge­dək, kö­nül, bi­zim dağ­lar de­yil bu!



Dərdli gör­sə ağ­la­ma­ğa gö­zü yox,

Qə­rib gör­sə din­dir­mə­yə sö­zü yox!

Dağ ol­sa da adı var­dır, özü yox,

Ge­dək: kö­nül, bi­zim dağ­lar de­yil bu!



Gö­zəl sev­sən du­man giz­lər, yar ver­məz,

Ağac­la­rı yol­çu­su­na bar ver­məz.

Ətə­yin­də xəs­tə düş­sən bar ver­məz,

Ge­dək, kö­nül, bi­zim dağ­lar de­yil bu!



* * *



Mən fə­lə­yə ney­lə­miş­dim,

Ya­man yıx­dı fə­lək mə­ni!

Nə qə­dər əl­ləş­sə­lər də,

Heç yıx­maz­dı kə­lək mə­ni!



Ca­nım xəs­tə, kön­lüm za­rı.

Mən çə­ki­rəm ahu-za­rı,

Bir sim ki­mi ge­cə ya­rı

Sı­zıl­da­dır kü­lək mə­ni!



Dağ­lar­da Məc­nun ol­say­dım,

Dər­di çox cü­nun ol­say­dım,

Bir qa­rı­şıq un ol­say­dım,

Ələ­məz­di ələk mə­ni!



Bir xoş hə­ya­tım ol­say­dı,

Dər­ya mu­ra­dım ol­say­dı!

Dərddən qa­na­dım ol­say­dı

Uçur­dar­dı lə­lək mə­ni!



Mə­ta­hı­nı sat­dır­ma­dı,

Köh­lə­ni­ni tut­dur­ma­dı.

Ar­zu­la­ra çat­dır­ma­dı,

Di­lə­di­yim di­lək mə­ni!



Bil­məm nə­dən Məc­hul ol­dum,

Açıl­dım­sa ye­nə sol­dum.

Eş­qin dər­ya­sı­na dal­dım,

Ye­nə tap­dı tü­lək mə­ni!
XS
SM
MD
LG