Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

Yaşı 65-dən çox olan müəllim və direktorların əksəriyyəti işdən azad edilib


Arxiv foto
Arxiv foto
Ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib.

APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan işçilərin 2 faizinin əmək fəaliyyətinin davam etdirməsinə icazə verir:

«Mən bu gün də o fikirdəyəm ki, bu, çox humanist addımdır. Bizim əsas məqsədimiz yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından işə və Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır. Hesab edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək və dayanmaq lazımdır. Əgər bu adam hazırda Azərbaycan millətinə ləyaqətlə xidmət edirsə, onu saxlamaq lazımdır».

Nazir onu da bildirib ki, hazırda müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı iş aparılır. M. Mərdanov bunun çox uzun proses olduğunu da deyib.
XS
SM
MD
LG