Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:42

Hakim jurnalisti «Quba hadisələri»nin məhkəməsindən çıxardı


Sentyabrın 11-də 1 mart Quba hadisələri ilə bağlı keçirilən məhkəmə prosesində hakim Zamin Tahirov müstəqil jurnalist Cəmil Məmmədlini və Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin regional nümayəndəsi Avtandil Məmmədlini zaldan çıxarıb.
Avtandil Məmmədli AzadllqRadiosuna bildirib ki, hakim bunu məhkəmənin gedişatı haqqında mediaya məlumat vermələri ilə əsaslandırıb.

Məhkəmə prosesi müttəhimlərin ifadələri ilə davam edir.

8 müttəhim Cinayət Məcəlləsinin 186.2.2 (başqasının əmlakını yandırma yolu ilə məhv etmə və ya zədələmə ağır nəticələrə gətirib çıxardıqda), 233 (ictimai asayişin pozulmasına yönəlmiş əməllərin təşkili və ya onlarda fəal iştirak) və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya ona qarşı güc tətbiq etmə) maddələri ilə ittiham olunur. Təqsirləri sübuta yetirilərsə, onları 7 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG