Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:22

Ayaz Mütəllibov İlham və Heydər Əliyevlərdən danışıb


Ayaz Mütəllibov
Ayaz Mütəllibov
-
«Azərbaycanın fəaliyyətdə olan prezidentinin siyasətini uğurlu hesab edirəm. Ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq arenada əldə edilən müvəffəqiyyətlər bunu deməyə əsas verir».

Bu fikirləri «İnterfaks-Azərbaycan» agentliyinə müsahibəsində eks-prezident Ayaz Mütəllibov deyib.

Eks-prezidentlərin statusuna dair Konstitusiya qanununa toxunan A.Mütəllibov bu qanunun qəbulunu ölkənin demokratikləşməsində vacib amil kimi qiymətləndirib:

«Bu qanun bizi sivil ölkələr ilə bir sıraya daxil edib. Həmin qanun hazırkı prezidentə və gələcəkdə bu vəzifəni tutanlara kimsədən ehtiyat etmədən daha cəsarətlə vəzifələrini icra etməyə, həyatın keşməkeşliyindən qorunmağa imkan yaradacaq. Sözsüz ki, mən eks-prezident statusu əldə etdiyimə görə dövlət başçısına minnətdaram. Bu, mənim həyatıma və ailəmin mənəvi durumuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərib».

Ayaz Mütəllibov Heydər Əliyevlə münasibətlərindən də danışıb:

«Onun Sovet Azərbaycanının rəhbəri postunda olduğu 13 il ərzində mənim adım 8 il respublika rəhbərinin kadr potensialını təşkil edən ali nomenklaturasına daxil edilib. Bu illər mənim karyera yüksəlişimin əsasını qoyub. Bu zaman mən Heydər Əliyevin rəhbərliyi altında çalışdığımız illəri xatırlayıram. Bu illəri «durğunluq» kimi adlandırmaq düzgün deyil. Biz fədakarcasına çalışmışıq. Müstəqillik əldə etdikdən sonra respublikaya gərəkli olan bazis həmin illər ərzində formalalaşıb».

20 ilə yaxındır, Moskvada mühacir həyatı yaşamış Ayaz Mütəllibov iyulun 7-də Bakıya dönüb. Onun Vətənə dönüşü eks-prezident haqqında qanunun qəbulu nəticəsində mümkün olub.
XS
SM
MD
LG