Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:04

Türkiyədə 3 Ordu Generalı 20 il müddətinə azadlıqdan məhrum edildi


Türkiyənin baş naziri Recep Tayyib Erdogan baş qərargah rəisi İlker Başbuğla birlikdə. İlker Başbuğ da hazırda həbsdə olan generallar arasındadır. 1 avqust 2010-cu il.
Türkiyənin baş naziri Recep Tayyib Erdogan baş qərargah rəisi İlker Başbuğla birlikdə. İlker Başbuğ da hazırda həbsdə olan generallar arasındadır. 1 avqust 2010-cu il.

Türkiyədə 3 ordu generalı Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Halil İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Özden Örnek və 1-ci Ordu komandanlığından istefada olan Çətin Doğan 20 illik azadlıqdan məhrum edilib.

Sentyabrın 21-də 365 ordu zabitinə qarşı dövlət çevrilişi cəhdi ittihamı ilə hökm oxunub. Adı çəkilən ordu generalları da əvvəlcə ömürlük azadlıqdan məhrum ediliblər. Sonradan hakim çevriliş cəhdinin baş tutumamasını əsas gətirərək onların cəzalarının 20 ilə endirilməsinə qərar verib.

Onlardan başqa, daha aşağı vəzifəli 12 general da eyni ittihamlarla 18 il azadlıqdan məhrum edilib.

Hakim iki ilə yaxındır istintaqı gedən bu iş üzrə həbsdə olan 34 nəfərə bəraət verib.
Hakimin qərarı ilə ordu mənsublarından 250 nəfərinin həbs müddəti uzadılıb.

İttihamlara görə zabitlər İstanbulda məscidləri partlatmaq, Yunanıstanla gərginliyi artırmaqla dövlət çevrilişinə zəmin hazırlamağa çalışıblar. Amma zabitlər ittihamları rədd edirlər. Onlar bildirirlər ki, 2003-cü ildə baş vermiş bu hadisə dövlət çevrilişi deyil, adi ordu təlimlərindən biri olub.

1960-1980-ci illər arasında Türkiyə ordusu 3 dəfə hökuməti devirib.
XS
SM
MD
LG